IQNA

Anqırbayev Qazaxıstanın Dinlər Komitəsinin rəisi seçildi

7:18 - December 11, 2017
Xəbər sayı: 3482492
Qazaxıstanın Dinlər və Vətəndaş Cəmiyyəti Nazirliyinin göstərişi ilə Yerkin Anqırbayev Qazaxıstanın Dinlər Komitəsinin rəisi seçildi.

Anqırbayev Qazaxıstanın Dinlər Komitəsinin rəisi seçildiİQNA-nın (Beynəlxalq Quran Xəbərləri Agentliyi) verdiyi xəbərə görə, Qazaxıstanın Dinlər və Vətəndaş Cəmiyyəti Naziri Nurlan Yərmukbayevin əmri əsasında və verdiyi fərman ilə Yerkin Anqırbayev Qazaxıstanın Dinlər Komitəsinin rəisi vəzifəsinə təyin edildi.

Bu barədə İQNA-ya (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının Qazaxıstandakı Mədəni Əlaqələr İdarəsinin informasiya şöbəsi məlumat verib.

Qeyd edək ki, Yerkin Anqırbayev müxtəlif illərdə müxtəlif dövlət təşkilatlarında, tədqiqat və araşdırma müəssisələrində və ali təhsil ocaqlarında müxtəlif vəzifələrdə çalışmışdır. Həmçinin o, 2017-ci ildə Qazaxıstanın Dinlər və Vətəndaş Cəmiyyəti Nazirliyinin nəzdində fəaliyyət göstərən Dinlər Komitəsi rəisinin müavini vəzifəsində işləmişdir.

http://iqna.ir/fa/news/3670735

captcha