IQNA

Nəhcül-Bəlağə kitabının yeni mövzu əsasında təfsiri işıq üzü gördü

17:22 - December 14, 2017
Xəbər sayı: 3482509
Qiymətli “Nəhcül-Bəlağə” kitabının yeni mövzu əsasında təfisri çap və nəşr edildi. Bu dəyərli əsəri hövzə və universitet müəllimi Ustad Höccətul-İslam vəl-müslimin Dr. Əli Nəsiri qələmə alıb.

Nəhcül-Bəlağə kitabının yeni mövzu əsasında təfsiri işıq üzü gördüİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, “Nəhcül-Bəlağə” kitabının yeni mövzu əsasında təfisri Tehranın “İslam Maarifi Universiteti”nin həmkarlığı ilə çap və nəşr edildi.

Bu dəyərli əsəri hövzə və universitet müəllimi Ustad Höccətul-İslam vəl-müslimin Dr. Əli Nəsiri qələmə alıb.

Dini Elmi Hövzə və universitet müəllimi Ustad Höccətul-İslam vəl-müslimin Dr. Əli Nəsirinin qələmə aldığı dəyərli “Təfsire Mozuiye Nəhcul-Bəlağe” (Nəhcül-Bəlağənin tematik şərhi) kitabı Seyid Rəzinin (r.ə) 4 və 5-ci hicri-qəməri əsrindən bu günümüzə yadigar qalan bu dəyərli əsərdəki mühüm mövzuları İmam Əlinin (ə) xütbə, məktub və qısa kəlamları əsasında şərh edib.

Bu kitab oxucuları həm Nəhcül-Bəlağənin elmi dəyəri, Nəhcül-Bəlağənin təfsiri metodları və həm də bu dəyərli kitabdakı mövzular ilə yaxından tanış edir.

Müəllif İslam maarifini üç əsas mövzuda, yəni etiqad, əxlaq və sosial dəyərlər əsasında və İmam Əlinin (ə) xütbə, məktub və qısa hikmətli kəlamları ilə açıqlayıb.

Kitab 12 fəsildə yazılıb. Birinci fəsil Nəhcül-Bəlağənin və Seyid Rəzinin kamil şəkildə təqdimatıdır. 2-ci fəsil Nəhcül-Bəlağənin təfsir və şərhi metodlarını öyrədir. Üçüncü fəsil İmam Əlini (ə) Nəhcül-Bəlağə baxımından izah edir. 4-cü fəsil Allahı tanımaq bəhslərini ehtiva edir. Beşinci fəsil Peyğəmbərşünalıq və imamşünaslıq məsələlərini açıqlayır və Əhli-Beytin (ə) məqamını tanıdır. 6-cı fəsildə müəllif Məad və Qiyamət məsələlərini izah edir. 7-ci fəsildə təqvalı insanları və onların həyat tərzini göstərməyə çalışır. 8-ci fəsildə dünyaya tutğunluğu məzəmmət edən hədisləri şərh edir və nəfsin paklanması üçün İmam Əlinin (ə) göstərişləri əsasında atılacaq addımlardan danışır. 9-cu fəsil də iffətdən danışır. 10-cu fəsildə İslam hakimiyyətinin təşkili və hədəflərinini bəyan edir. 11-ci fəsildə İslami siyasasi nizamda xalq və kütlənin ifa edə biləcəyi rolu izah edir və İslami siyasətin xalqın, kasıbların, məzlumların və sadə vətəndaşların tərəfində olduğunu göstərir. 12-ci fəsildə isə İmam Əli (ə) hakimiyyətində müxaliflər ilə davranış tərzini açıqlayıb.

Bu dəyərli kitab 368 səhifədən ibarətdir. Kitabın birinci çapı cari ayın əvvəlində işıq üzü görüb və qiyməti 17 min tüməndir- (7 manat).     

http://iqna.ir/fa/news/3672536

Nəhcül-Bəlağə kitabının yeni mövzu əsasında təfsiri işıq üzü gördü

 

captcha