IQNA

İraqın BƏDR hərəkatının baş katibi:

İraq İŞİD-ə qələbəsini mərcəiyyətin fətvasına borcludur

10:05 - December 18, 2017
Xəbər sayı: 3482525
Hadi Amiri (İraqın BƏDR hərəkatının baş katibi) vurğuladı: İraq Ali Məqamlı təqlid mərcələrinin “kifayi cihad” fətvaları olmasaydı, iraqlılar İŞİD-in qarşısında qələbə əldə edə bilməzdi.

İraq İŞİD-ə qələbəsini mərcəiyyətin fətvasına borcludurİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hadi Amiri (İraqın BƏDR hərəkatının baş katibi) vurğuladı: İraq Ali Məqamlı təqlid mərcələrinin “kifayi cihad” fətvaları olmasaydı, iraqlılar İŞİD-in qarşısında qələbə əldə edə bilməzdi.

İraqın BƏDR hərəkatının baş katibi İraq universitetlərinin ustad və müəllimlər heyəti ilə görüşündə dedi: İraqın “İslami Hərəkat Təşkilatı”nı rəhmətlik Həzrət Ayətullah Üzma Seyyid Məhəmməd Baqir Həkimin nəzarəti altında təşkilatlandırdıq və bu gün isə Həzrət Ayətullah Üzma Seyyid Əli Sistaninin “kifayi cihad fətvası” ilə İŞİD qarşısında mübarizədə qələbə qazandıq.

O əlavə etdi: Hamı elə təsəvvür edirdi ki, İŞİD təkfirçi terrorist ünsürlərinin İraqa hücumundan sonra İraq dövləti məhv ediləcək, terrorizm və onların himayədarları öz arzularına çatacaq və İraqın hərbi sistemi çökəcəkdir. Belə bir dönəmdə İraqın dini mərcələrinin cihad ismarıcı xalqın ümidini özünə qaytardı və xalq bu fətvaya ləbbeyk dedilər.

Amiri vurğuladı: Amma hələ heç kəs İŞİD ilə savaşın bitməsini düşünmür. Çünki İraqın ali məqamlı müctəhid və mərcələrinin dediyi kimi, İŞİD-in azğın və münhərif düşüncəsi hələ də davam edir və lazımdır ki, İŞİD-ə hərbi baxımdan qələbə çaldığımız kimi bu azğın təfəkkür ilə də mübarizə aparaq və təkfirçilik düşüncəsi üzərində də sağlam məntiq ilə qələbə çalaq.

İraqın BƏDR hərəkatının baş katibi görüşün davamında universitet ustadlarına və dini mütəfəkkirlərə təkfirçi İŞİD təfəkkürü ilə mübarizədə və gələcək nəsilin cavanlarını təkfirçi və radikal zehniyyətdən qorumaq üçün ehtiyac olduğunu vurğuladı.

Hadi Amiri (İraqın BƏDR hərəkatının baş katibi) görüşün sonunda bir daha vurğuladı: Bu gün İraq həmişəkindən daha çox birlik və vəhdətə ehtiyaclıdır. Təfriqəçilik böyük xəstəlikdir. Və bu xəstəlik İraq cəmiyyətini daima təhdid edir. Ümidvaram ki, İraq böyük sürətlə hərtərəfli abadalaşacaq.

http://iqna.ir/fa/news/3673347

Teqlər: İraq ، iqna ، cihad ، müctəhid ، mərcəiyyət
captcha