IQNA

Arakanlı müsəlmanların vətənlərinə geri dönməsinə icazə verilmir

11:41 - March 15, 2018
Xəbər sayı: 3482908
Myanma və Banqladeş hökumətləri arasında əldə olunan razılaşma əsasında öz vətənlərinə geri qayıtmaq üçün siyahısı verilən 8 mindən çox rohingyalı müsəlmanın 374-nün vəziyyətinin "dönüş üçün uyğun olduğu" bildirilib

Arakanlı müsəlmanların vətənlərinə geri dönməsinə icazə verilmirEastnews.org-un verdiyi xəbərə görə, Myanma və Banqladeş hökumətləri arasında əldə olunan razılaşma əsasında öz vətənlərinə geri qayıtmaq üçün siyahısı verilən 8 mindən çox rohingyalı müsəlmanın 374-nün vəziyyətinin "dönüş üçün uyğun olduğu" bildirib.

Myanma Xarici İşlər Nazirliyinin daimi katibi Myint Thu bu haqda verdiyi açıqlamada Banqladeş hökumətinin Myanmaya dönüş üçün onlara 8 mindən çox müsəlmanın adının əks olunduğu siyahı verdiyini söyləyib.    Siyahıdakı geri qayıtmaq üçün adı əks olunan 8 mindən çox müsəlmandan yalnız 374-nün "uyğun" olduğunu söyləyən Myint Thu, "Biz Banqladeşə 374 nəfərin siyahısı verdik. Bu, onların torpaqlarına qayıtmaları üçün ilk qrup ola bilər", - deyə qeyd edib.

Mənbə: eastnews

 

Teqlər: arakan ، müsəlman ، iqna ، quran ، bangladeş
captcha