IQNA

Bu gündən başladı;

Otova məscidində həftəlik “Quran nuru ilə” proqramı

10:22 - March 16, 2018
Xəbər sayı: 3482911
Kanadanın paytaxtı Otova şəhərinin Came Məscidi bu gündən etibarən həftədə bir dəfə “Quran nuru ilə” proqramı təşkil edəcəkdir. Proqramın həfədi insanları Qurani-Kərimlə daha yaxından tanış etməkdir.

Otova məscidində həftəlik “Quran nuru ilə” proqramıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kanadanın paytaxtı Otova şəhərinin Came Məscidi bu gündən etibarən həftədə bir dəfə “Quran nuru ilə” proqramı təşkil edəcəkdir. Proqramın həfədi insanları Qurani-Kərimlə daha yaxından tanış etməkdir.

“Muslimlink” informasiya portalının bu barədə yaydığı məlumata görə, hər həftənin Cümə günləri təşkil ediləcək bu proqram yerli vaxtla saat 19:30-da, Məğrib namazından sonra, Otova məscidinin camaat imamı Rza Bədirin söhbəti ilə başlayacaqdır.

Bu proqramın ilk icrası bu gün, 16 Mart 2018-ci il, Otova şəhərinin “müsəlmanlar birliyi”nin təşkilatçılığı ilə Nors-Vesteren prospektində yerləşən Came Məsciddə başlayacaqdır.

Kanadanın paytaxtı Otova şəhərinin Came məscidinin nəzdində fəaliyyət göstərən “Müsəlman Birliyi Təşkilatı” xeyriyyə cəmiyyətidir və 1972-ci ildə təsis edilmişdir. Bu cəmiyyət Quran və Sünnə təlimlərinə uyğun olaraq insanlara ictimai xidmətlər göstərirlər.

Bu cəmiyyətin ictimai fəaliyyətlərindən biri də “məscidin açıq qapıları” proqramıdır ki, 10 ildir davamlı şəkildə İslam dinini insanlara çatıdrmaq üçün keçirilir.

http://iqna.ir/fa/news/3700237

Teqlər: iqna ، quran ، kanada ، otova
captcha