IQNA

Qəzzənin Quran radiosunda təfsir dərsi sona yetdi

22:39 - March 18, 2018
Xəbər sayı: 3482921
Qəzzənin Quran radiosunda doqquz il öncə başlayan təfsir dərsi 600 saatlıq dərsdən sonra sona çatdı.

Qəzzənin Quran radiosunda təfsir dərsi sona yetdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “SƏFA” xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Qəzzənin Quran radiosunda doqquz il öncə başlayan təfsir dərsi 600 saatlıq dərsdən sonra sona çatdı.

Radioda “Məəl-Quran” (Quranla birgə) proqramında səslənən bu təfsir dərslərini Qəzzənin İslam universitetinin ustadı Əbdülkərim Dehşan tədris edirdi.

Qəzzənin İslam universitetinin təbliğ və Quran mərkəzinin təşəbbüsü ilə gündəmə gəlmiş bu təfsir dərsləri 2009-ci il, Qəzzənin Quran radiosunun təsisinin ilk günündən başlamışdı və Qəzzə radiosunun ilk Quran təlimi proqramı idi.

“Məəl-Quran” (Quranla birgə) təfsir dərsləri Quran elmləri, dini məvəniyyat və Quran mədəniyyətinin yayılması, İslami dəyərlərin sağlam şəkildə cəmiyyətdə təbliğ edilməsi və doğru əqidəyə dəvət hədəfi ilə təsis edilmişdi.

Quranın təfsir dərslərini deyən ustad Əbdülkərim Dehşan 1979-cu ildə Qəzzənin İslam universitetində Quran elmləri və təfsir fakültəsində təhsil bitirdikdən sonra İslam elmləri üzrə magistr pilləsində İordaniya və doktorluq pilləsində isə Sundanda təhsil alıb. 1995-ci ildə doktorluq elmi işini “İnsan hüquqları Quran və hədislərdə” adı ilə müdafiə edib.

http://iqna.ir/fa/news/3700350 

Teqlər: iqna ، fələstin ، qəzzə ، quran radiosu
captcha