IQNA

Əqsa məscidinin üzərində nəzarətçi otağı tikdilər

23:50 - June 18, 2018
Xəbər sayı: 3483340
Sionist silahlı qüvvələri Əqsa məscidinin "Babur-Rəhmət" qapısının qarovulçularını həbs ediblər ki, müsəlmanlar bu ərazidə baş verən hadisələrdən xəbər tutmasınlar.

Əqsa məscidinin üzərində nəzarətçi otağı tikdilərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,   işğalçı sionist rejimin silahlı qüvvələri bu gün, həftənin birinci günü, 18 İyun 2018-ci il, Əqsa məscidinin daxili "Babur-Rəhmət" girişinin divarı üzərində nəzarətçi otağı tikib.

Qüdsün vəfqlər idarəsinin informasiya məsulu Fəras Dəbes bu barədə dedi: Sionist silahlı qüvvələri Əqsa məscidinin "Babur-Rəhmət" qapısının qarovulçularını həbs ediblər ki, müsəlmanlar bu ərazidə baş verən hadisələrdən xəbər tutmasınlar.

O əlavə edib: Bundan öncə də Ramazan ayında yəhudi əsgərləri namazqılınan yerləri dağıtmışdılar, Əqsa məscidində təmizlik işləri aparmağa qoymamışdılar, qarovulçuları incitmişdilər, məscidin ağaclarını kəsmişdilər və qəsəbə sakinlərini fələstinlilərə hücum etməyə təhrik etmişdirlər.

Qüdsün vəqflər idarəsinin verdiyi məlumatda deyilir ki, yəhudi qəsəbə sakinləri bu gün səhər saatlarında işğalçı sionist əsgərlərinin müşayəti ilə Əqsa məscidinə hücum ediblər. Sionist hərbiçiləri Babur-Rəhmət qapısının xidmətçisi Abdullah Əbu Talibi həbs ediblər və bir neçə saat sonra sərbəst buraxıblar.  

http://iqna.ir/fa/news/3723514

Teqlər: iqna ، sionist ، Əqsa ، babur-rəhmət
captcha