IQNA

İraqda "Kərbəla mükafatı" milli Quran yarışları

23:08 - June 19, 2018
Xəbər sayı: 3483343
"Kərbəla Mükafatı" Quran yarışlarının ilkin mərhələsi sabah, həftənin üçüncü günü, 20 İyun 2018-ci il, Həzrət İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının "Seyyidül-Övsiya" salonunda öz işinə başlayacaq.

İraqda İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,   İraqın "Kərbəla Mükafatı" milli Quran yarışlarının ilkin mərhələsi sabah, həftənin üçüncü günü, 20 İyun 2018-ci il, Həzrət İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının "Seyyidül-Övsiya" salonunda öz işinə başlayacaq.

Həzrət İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının nəzdində fəaliyyət göstərən "Darul-Quranil-Həkim" idarəsi bu barədə bəyaniyyə yayaraq elan edib ki, bu mərkəz Qurani-Kərimin hifzi, tilavəti və təfsiri üzrə "Kərbəla Mükafatı" Qurani-Kərim yarışları keçirməyə tam hazırdır.

Bu bəyaniyyədə deyilir ki, İraqın "Kərbəla Mükafatı" milli Quran yarışlarının ilkin mərhələsi sabah, həftənin üçüncü günü, 20 İyun 2018-ci il, Həzrət İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının "Seyyidül-Övsiya" salonunda öz işinə başlayacaq. Yarışlar gələn həftənin ikinci gününədək davam edəcəkdir. Yarışların final mərhələsi gələn həftənin ikinci günü yazılışı şəkildə Qurani-Kərimin hifzi və təfsiri üzrə keçiriləcəkdir.

İyunun 26-dək davam edəcək yarışın qaliblər dəyərli hədiyyələrlə - 1-ci yer; Ümrə Həcc ziyarəti,  2-ci yer; Məşhəd ziyarəti və  3-cü yer; 500 min İraq dinarı - ilə mükafatlandırılacaq.

http://iqna.ir/fa/news/3723674

captcha