IQNA

Mosulda aralarında Azərbaycanlı da olan 187 İŞİD-çi leşi aşkar edilib

13:35 - June 20, 2018
Xəbər sayı: 3483349
İraqın Neynəva əyalətinin Mosul şəhərinin cənubunda İŞİD terrorist qruplaşmasının üzvlərinə aid 187 cəsəd aşkar edilib.

Mosulda aralarında Azərbaycanlı olan 187 İŞİD-çi leşi aşkar edilibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Neynəva əyalətinin Mosul şəhərinin cənubunda İŞİD terrorist qruplaşmasının üzvlərinə aid 187 cəsəd aşkar edilib.

Bu barədə Neynəva əyalətinin polis qərargahının yüksək rütbəli mərmurlarından olan Yunis Şərif məlumat verib.

O deyib ki, İraqın Neynəva əyalətinin Mosul şəhərinin 90 km. cənubundakı "əl-Cəzirə" rayonunda polis qüvvələri İŞİD terrorçularına aid olan 187 cəsəd tapıblar. Həmin cəsədlərin arasında İŞİD-in türk, ərəb, rus, əfqan və azəri komandirləri də vardır. Onlar Mosulun İŞİD-dən təmizlənməsi zamanı gedən döyüşlərdə öz böyüklərinin əmrinə tabe olmadıqları üçün edam ediliblər.

İraqın təhlükəsizlik qüvvələri Neynəva əyalətinin müxtəlif rayonlarında da digər İŞİD üzvlərinin cəsədlərinin kəşf edildiyi barədə məlumat yayıb. Məlumatda bildirilib ki, qaçıb gizlənən terrorçular bəzi şəhərlərdə insanları oğurlamaq və terror partlayışları törətməklə məşğuldurlar.  

http://iqna.ir/fa/news/3724126

Teqlər: iqna ، İŞİd ، mosul ، İraq
captcha