IQNA

Yeni kəşf edilmiş Quran nüsxəsinin təqdimat mərasimi keçirildi

8:08 - December 17, 2018
Xəbər sayı: 3484361
Tehranın "Rza Abbasi muzeyi"ndə keçirilən təqdimat mərasimində elm, mədəniyyət və din adamları, o cümlədən Quran araşdırmaçıları Azərtaş Azərnuş, Əli Əşrəf Sadiqi və Mürtəza Kəriminiya iştirak ediblər.

Yeni kəşf edilmiş Quran nüsxəsinin təqdimat mərasimi keçirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin bazar günü, 16 Dekabr 2018-ci il, Əbulfəxr ibn Əbulfəzl Zəfəraninin kitabət və tərcümə etdiyi Qurani-Kərim nüsxəsinin təqdimat mərasimi keçirilib.

Tehranın "Rza Abbasi muzeyi"ndə keçirilən təqdimat mərasimində elm, mədəniyyət və din adamları, o cümlədən Quran araşdırmaçıları Azərtaş Azərnuş, Əli Əşrəf Sadiqi və Mürtəza Kəriminiya iştirak ediblər.  

Hicri-Qəməri tarixi ilə 546-cı ildə kitabət edilmiş bu nüsxə Fars dilində yazılmış Surabadi və Təbərsi təfrsirlərindən iqtibas edilmişdir. Zəfərani həmin təfsirlərdən istifadə edərək Qurani-Kərimə farsca tərcümə yazmışdır.

İslamın ilk üç əsrində (300 il) Qurani-Kərimin Farsca tərcümə təfsiri barədə heç bir məlumat yoxdur. İlk dəfə isə 4-cü əsrin ortalarında Fars dilində hazırda "Təbəri Təfsiri" ilə məşhur olan ilk tərcümə və təfsir yazıldı. Bu təfsirin müəllifi məlum olmadığı üçün elm əhli arasında "rəsmi təfsir" adı ilə məşhurdur.

قرآن زعفرانی رونمایی شد

Bu təfsirdən sonra isə Fars dilində Qurana müxtəlif tərcümə və təfsirlər yazılsa da həmin tərcümələr dövrümüzə gəlib çatmayıb. Həmin tərcümələrdən günümüzə təkcə Qüds Quranı (İmam Rza (ə) hərəminin kitabxanasında saxlanılır) adlanan nüsxədən Maidə surəsinin tərcümə və təfsiri, Paris muzeyinin Quran nüsxəsi, 4 nömrəli Quran nüsxəsi və Əbu Bəkr Ətiq Surabadinin 470-ci hicri-qəməri ilində qələmə aldığı "Surabadi təfsiri" və bu təfsirin 16 nüsxəsi və dörd xülasəsi gəlib çatmışdır.

Araşdırmalar göstərir ki, həmin nüsxələr də Təbəri Təfsirindən (rəsmi təfsir) alınmadır.

Surabadi təfsirinin iki əsas xülasəsi vardır: "Türbəti cam" və "Zəfərani".

Zəfəraninin kitabət və tərcümə etdiyi Quran nüsxəsi bir il öncə iranlı Quran araşdırmaçısı Mürtəza Kəriminiya tərəfindən "Rza Abbas muzeyi"ndə qədim Quran nüsxələrinin arasında kəşf edilib.

Bu nüsxə Qurani-Kərimin Fars dilinə tərcümə edilmiş nüsxələri arasında üzərində tam məlumat olan, xüsusi ilə də kitabət tarixi yazılmış ən qədim nüsxədir.

Zəfərani nüsxəsi araşdırma və təmirdən sonra Rza Abbasi muzeyində ümumu sərgiyə çıxarılacaqdır.     

http://iqna.ir/fa/news/3773008

قرآن زعفرانی رونمایی شد

قرآن زعفرانی رونمایی شد

قرآن زعفرانی رونمایی شد

قرآن زعفرانی رونمایی شد

قرآن زعفرانی رونمایی شد

 

captcha