İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin paytaxtı Qahirənin qərbində yerləşən Səqarə tarixi ərazisində arxeoloji qazıntılar zamanı 4400 illik məqbərə kəşf edilib.
Bu barədə Misrin Arxeologiya Naziri Xalid İnani mətbuat konfrnasında məlumat verərək bildirib ki, bu məqbərə Fironlar ailəsinə aiddir.
Xarici ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında çıxış edən Xali İnani vurğulayıb: Qahirənin Səqarə arxeoloji rayonunda kəşf edilən 4400 illik Firon məqbərəsi Fironlar sülaləsinin beşinci nəslinin zamanına saray naziri və kahini olan "Vah Ti"nin məqbərəsi olduğu ehtimal edilir.
Misrin arxeoloji əsərləri üzrə ali şurasının baş katibi Mustafa Vəziri bu barədə deyib: Yeni kəşf edilən məqbərinin uzunluğu 10 metr, eni isə 3 metrdir. Məqbərənin qazıntı işləri davam edir.