IQNA

Livanın Quran hifzi yarışlarında 90 nəfər iştirak etdi

6:26 - July 18, 2019
Xəbər sayı: 3485530
Bu Quran yarışları Ümumdünya İslam Birliyinin nəzdində fəaliyyət göstərən Quran və Sünnə dünya birliyinin təşəbbüsü və Beynəlxalq İmdad, Nəzarət və İnkişaf Təşkilatının həmkarlığı ilə keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Qaf" informasiya portalına istinadla verdiyi xəbərə görə, Livanda qızlar və oğlanlar arasında Qurani-Kərimin hifzi yarışları keçirilib.

Livanın "Darul-İfta" (Fətva Evi) idarəsinin nəzarəti ilə keçirilən bu yarışlarda 90 nəfər Quran hafizi iştirak edib.

Bu Quran yarışları Ümumdünya İslam Birliyinin nəzdində fəaliyyət göstərən Quran və Sünnə dünya birliyinin təşəbbüsü və Beynəlxalq İmdad, Nəzarət və İnkişaf Təşkilatının həmkarlığı ilə keçirilib.

İştirakçılar Qurani-Kərimin hifzinin dörd ixtisası üzrə, "Cəzəriyyə müqəddiməsi"nin hifzi (Quranın təcvid qaydaları barədə qəsidə), Quranın kamil hifzi, Quranın 20 cüz və 10 cüzünün hifzi, yarışıblar.

Yarışların yekun mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi Livanın Darul-İftası tərəfindən iştirakçıların, onların ailələrinin və Quran yarışlarını sevənlərin iştirakı ilə təşkil edilib.

Yekun mərasimində Quran tilavətindən sonra xətiblər Quranı əzbərləməyin fəzilətdən danışıblar, Quran hafizlərini bu yolda daha çox çalışmağa və Quranı həyatlarında tətbiq etməyə və Qurani əxlaqla yaşamağa təşviq ediblər.

http://iqna.ir/fa/news/3827818/

captcha