IQNA

əl-Əzhər Almaniyada Qurana hörmətsizlik edilməsini qınadı

8:03 - July 22, 2019
Xəbər sayı: 3485552
əl-Əzhər Beynəlxalq İslam Elmləri Akademiyasının "beynəlxalq nəzarət və elektron fətvalar mərkəzi" bu işi qınayaraq xəbərdarlıq edib ki, bu cür radikal addımlar məsuliyyətsiz reaksiyalara səbəb ola bilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İyul ayının 17-də Almaniyanın Münster şəhərinin yaxınlığındakı Minden rayonunda yerləşən və Türkiyənin Dini İşlər Təşkilatına bağlı "İslam-Türk Birliyi"nin nəzdində fəaliyyət göstərən Barbaros məscidinə naməlum şəxslər tərəfindən hücum edilmiş, məscidə zərər vurulmuş və Qurani-Kərimin nüsxələri parçalanaraq hörmətsizlik edilmişdi.

Misrin əl-Əzhər Beynəlxalq İslam Elmləri Akademiyasının "beynəlxalq nəzarət və elektron fətvalar mərkəzi" bu işi qınayaraq xəbərdarlıq edib ki, bu cür radikal addımlar məsuliyyətsiz reaksiyalara səbəb ola bilər.

əl-Əzhər Beynəlxalq İslam Elmləri Akademiyasının "beynəlxalq nəzarət və elektron fətvalar mərkəzi" yaydığı bəyaniyyədə müsəlmanların müqəddəs simvollarının dəfələrlə Almaniyada hörmətsizliyə məruz qalmasını qınayaraq və radikal davranışlar barədə xəbərdarlıq edərək  aidiyyatı üzrə qrumlardan və beynəlxalq kütləvi informasiya vasitələrindən tələb edib ki, müsəlmanların hisləri ilə oynayan irqçi davranışları cinayət aktı kimi elan etsinlər.  

Qeyd edək ki, son on gün ərzində Almaniyanın müxtəlif bölgələrində məscidlərə yeddi dəfə hücum edilib. Bu hücumların altısı İslam-Türk Birliyinə bağlı məscidlərə və biri isə Ərəb miqrantlara aid məscidə qarşı həyata keçirilib. O cümlədən Bermən şəhərinin "ər-Rəhmət" məscidinə hücum edilərək 50 Quran nüsxəsi parçalanmışdı və ondan sora Kasel şəhərinin məscidinə edilərək şüşələri sındırılmışdı.

http://iqna.ir/fa/news/3828737

Teqlər: misr ، əl-əzhər ، almaniya ، məscid
captcha