IQNA

Bəsrənin Quran müəssisəsi İQNA ilə həmkarlıq edəcək

8:04 - July 24, 2019
Xəbər sayı: 3485566
Bəsrə şəhərinin Quran maarifi sahəsində aktivistlərindən ibarət bir heyət Tehranda İQNA-nın dəftərxanasında gələrək agentliyin Qurani xəbərlərin hazırlaması və yayması işi ilə yaxından tanış olublar.

İraqın Bəsrə şəhərinin Quran maarifi sahəsində aktivistlərindən ibarət bir heyət keçən həftənin Bazar günü (21 İyul 2019) Tehranda İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) dəftərxanasında gələrək agentliyin Qurani xəbərlərin hazırlaması və yayması işi ilə yaxından tanış olublar.

Bu görüşdə İraqın Bəsrə şəhərinin Quran Elmləri Müəssisəsinin müdiri Seyyid Həkim əş-Şər`i və Bəsrənin "Darul-Qürra" Quran Məkəzinin rəisi və beynəlxalq Quran yarışları hakimi Şeyx Ədnan Salehi bu ziyarət çərçivəsində İQNA-nın məsulları ilə görüşləri zamanı həmkarlığa hazır olduqlarını elan ediblər.

Bəsrə şəhərinin Quran Elmləri Müəssisəsinin müdiri Seyyid Həkim əş-Şər`i  İQNA ilə yaxından tanışlığına şad olduğunu bildirərək vurğuladı: Bəsrə əyalətində Qurani-Kərim elmləri və maarifi sahəsində müxtəlif və çoxsaylı fəaliyyət proqramları icra edilir. Rəhbəri olduğumuz "Quran Elmləri Müəssisəsi" əyalət hakimiyyəti, federal dövlət və əyalətin "Quran Aktivistləri Birliyi" tərəfindən rəsmi olaraq tanınır. Ümid edirəm ki, müəssisəmiz Bəsrənin Quran müəssisələri ilə İQNA arasında birləşdirici zəncir olacaq.

Seyyid Həkim əş-Şər`i əlavə etdi: Kəramət ongünlüyündə (Həzrət Məsumə və İmam Rzanın (ə) mövlud günləri) Həzrət İmam Rzanın (ə) hərəminin həmkarlığı ilə əyalətin hər yerində bayram tədbirləri icra edildi. Bu mədəni-maarif tədbirlərinin davamında hər il olduğu kimi bu il də ƏRBƏİN günlərində də Quran fəaliyyətlərimiz olacaq. Müəssisəmiz keçən ilin ƏRBƏİN ziyarəti mərasimində Şələmçə sərhədindən Bəsrənin "əd-Deyr" şəhərinə qədər 16 fiqhi və etiqadi maarif dayanacağı və 48 Quran dayanacağı bərpa etmişdi.

آمادگی مؤسسه قرآنی بصره برای همکاری با ایکنا/ برپایی 48 ایستگاه قرآنی اربعین

İraqın Bəsrə şəhərinin Quran Elmləri Müəssisəsinin müdiri vurğuladı: İraqın kütləvi informasiya vasitələri ilə müəssisəmiz arasında sıx əməkdaşlıq və həmkarlıq mövcuddur. Bu həmkarlığı İQNA ilə davam etdirməyə hazırıq və İQNA-dan istəyirik ki, Bəsrənin Quran xəbərlərini işıqlandırmaq üçün öz juranlistlərini əyazlətimizə ezam etsin, həmçinin bu sahədə təcrübəli ustadları Quran jurnalistkasını öyrətmək üçün müəssisəmizə göndərsin.

Bəsrənin "Darul-Qürra" Quran Məkəzinin rəisi və beynəlxalq Quran yarışları hakimi Şeyx Ədnan Salehi bu görüşdə deyib: İraqın, Bəsrənin və eləcə də bütün dünyanın Quran fəaliyyəti xəbərlərini işıqlandırdığı üçün İQNA-ya təşəkkür edirəm və həqiqət budur ki, İQNA İraqda öz sahəsində tanınmış bir xəbər agentliyidir. Bizim burada olduğumuz təkcə Quran jurnalistikasının texniki məsələlərinə görə deyil, həm də Qurana və İslam dininə xidmət üçündür.     

http://iqna.ir/fa/news/3829217

captcha