IQNA

İran yazıçısı ilə Bakıda görüş keçirilib

8:23 - July 24, 2019
Xəbər sayı: 3485569
Dünən, həftənin ikinci günü, 23 İyul 2019-cu il, Azərbaycan respublikasının paytaxtı Bakı şəhərində İran İslam Respublikasının məşhur ədəbiyyatçı yazarı Mustafa Məsturla görüş keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyinin) ONA-ya istinadla verdiyi xəbərə görə, dünən, həftənin ikinci günü, 23 İyul 2019-cu il, Azərbaycan respublikasının paytaxtı Bakı şəhərində İran İslam Respublikasının məşhur ədəbiyyatçı yazarı Mustafa Məsturla görüş keçirilib.

Bu görüş Azərbaycan məkanında bir çox maarifləndirici, ədəbi, bədii, mədəni və dini kitabların tərcüməsi və nəşri ilə tanınmış "Parlaq imzalar" nəşriyyatının təşkilatçılığı ilə baş tutub.

Mustafa Məstur əsərlərindən, yaradıcılığındakı yenilikdən bəhs edib. Daha sonra oxucuların suallarını cavablandırıb.

Qeyd edək ki, Mustafa Məstur 1964-cü ildə İranda anadan olub. 1990-cı illərdən yazıçılıqla məşğul olur. Onun "Tanrının ay üzündən öp", "Cüzamlı əllər və donuz sümüyü", "Mən sərçə deyiləm"  romanları Azərbaycan dilinə tərcümə edilib.

captcha