IQNA

Qədim Quran nüsxəsi qaçaqmalçılardan geri alındı

9:18 - August 04, 2019
Xəbər sayı: 3485644
Polisin məlumatında deyilir ki, Türkiyənin cənubunda yerləşən Muğlə əyalətinin Yatağan rayonunda qaçaqçıların oğurlayaraq satmaq istədikləri qədim Quran nüsxəsinin 1000 illik tarixi vardır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "A.A" informasiya portalına istinadla verdiyi xəbərə görə, Türkiyədə qaçaqmalçılardan nəfis və qədim bir əlyazma Quran nüsxəsi kəşf edilərək götürlüb.

Bu barədə Türkiyə cümhuriyyətinin polisləri məlumat yayıb. Polis antik əşya qaçaqçıları bu Quran nüsxəsini satmadan onları yaxalaya bilib.

Polisin məlumatında deyilir ki, Türkiyənin cənubunda yerləşən Muğlə əyalətinin Yatağan rayonunda qaçaqçıların oğurlayaraq satmaq istədikləri qədim Quran nüsxəsinin 1000 illik tarixi vardır.

Bu Quran nüsxəsinin üz qabığı Ceyran dərisindən hazırlanıb.

http://iqna.ir/fa/news/3832001

captcha