IQNA

Omanda milli Quran yarışları keçiriləcək

22:17 - August 05, 2019
Xəbər sayı: 3485652
Omanın Qurani-Kərim Yarışlarının ilkin mərhələsi Avqust ayının 18-də başlayacaq. Qurani-Kərim yarışları bu ölkənin "Sultan Qabus" adına "Ali Elm və Mədəniyyət Mərkəzi"nin təşəbbüsü ilə keçirilir.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Omanın 29. Milli Qurani-Kərim Yarışlarının ilkin mərhələsi Avqust ayının 18-də başlayacaq.

Omanın milli Qurani-Kərim yarışları bu ölkənin "Sultan Qabus" adına "Ali Elm və Mədəniyyət Mərkəzi"nin (Milli Elmlər Akademiyası) təşəbbüsü ilə keçirilir.  

Sultan Qabus adın elm və mədəniyyət mərkəzinin bu barədə yaydığı məlumatda deyilir: Milli Quran Yarışlarındakı iştirak etmək üçün qeydiyyat bu gün (5 Avqust 2019) başa çatdı. Ölkənin müxtəlif əyalətlərindən çox sayda insan bu yarışlarda iştirak etmək üçün qeydiyyatdan keçib.

Omanın Quran yarışları altı kateqoriya üzrə keçirilir: Qurani-Kərimin təcvid qaydalarına kamil şəkildə riayət etməklə bütöv hifzi, Qurani-Kərimin 22 arıdıcıl cüzünün hifzi (təcvidlə), Qurani-Kərimin 18 ardıcılncüzünün təcvidlə hifzi, Qurani-Kərimin 12 ardıcıl cüzünün təcvidlə hifzi, Qurani-Kərimin 6 ardıcıl cüzünün təcvidlə hifzi.

Quran yarışlarının keçirilməsinin əsas hədəfi cəmiyyətdə Quran maarifi əsasında yaşayan bir nəsilin yetişdirilməsi, peşəkar Qarilərin hazırlanması və Omanı xarici yarışlarda təmsil edəcək hafiz və qarilərin gücləndirilməsidir.  

http://iqna.ir/fa/news/3832761

captcha