IQNA

Kubalı qadınların İslam dininə meyili çoxalır

15:02 - August 19, 2019
Xəbər sayı: 3485710
Kubanın paytaxtı Havana şəhərinin qədim xiyabanlarında hər gün daha çox hicablı qadın gözə çarpır. Bu qadınlar turist deyil, onlar İslam dinini qəbul etmiş əslən Kubalı olan müsəlman xanımlardır.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Karaib dənizi adaları ölkələrindən biri olan Kuba respublikasında son illərdə qadınlar arasında İslam dininə meyilin artması müşahidə olunur.

Kubanın paytaxtı Havana şəhərinin qədim xiyabanlarında hər gün daha çox hicablı qadın gözə çarpır. Bu qadınlar turist deyil, onlar İslam dinini qəbul etmiş yerli müsəlman xanımlardır.  

Kubada havanın həddindən artıq rütubətli və boğucu olması, halal qidanın çətin tapılması və bu ölkədə təkcə bir məscidin olmasına rəğmən pak fitrətli insanlar, xüsusi ilə də xanımlar İslam dininə yönəlirlər və öz "itik"lərini bu müqəddəs dində tapa bilirlər.

Qəzet yazarı xanım Məryəm Kamigonun 27 yaşı var. O, yeddi il öncə İslam dinini qəbul etmişdir.

Hazırda Havana məscidinə Quranı və Ərəb dilini öyrənən Məryəm deyir: Kubalı qadınlar, xüsusi ilə də cavan qızlar son illərdə daha çox İslam dininə meyilləniblər.

Kuba İslam Birliyinin son hesabatına görə, bu ölkədə yaşayan müsəlmanların sayı 6 min nəfərdən çoxdur. Onların 1200 nəfərini qadınlar təşkil edir.

http://iqna.ir/fa/news/3835715

Teqlər: iqna ، quran ، kuba ، İslam ، Havana
captcha