IQNA

Məkkəni ziyarət edən ilk Macarıstanlı

12:13 - August 04, 2020
Xəbər sayı: 3487809
Tehran (IQNA) -  Britaniyanın Ərəbistan yarımadasında uzun müddətli müstəmləkəçiliyi səbəb olmuşdu ki, britaniyalılar digər Avropa ölkələri ilə müqayisədə İslam dini ilə daha çox tanış olsunlar.

Buna görə də Avropanın digər xalqları da "qonşudan qalma geri" şüarı ilə çalışırdılar ki, müsəlmanlar, İslam dini və Həcc mərasimi kimi böyük toplantılar barədə daha çox məlumat əldə etsinlər.

Gyula Germanus (1884-1979) müsəlman ölkələrində "Culyus Əbdülkərim Jermanus" məxfi adı ilə fəaliyyət göstərirdi.

O, Macarıstanda anadan olmuşdu. İslamşünaslıq və Şərqşünaslıq araşdırmaları üzrə professor və həm də ölkə parlamentinin üzvü idi.

Ərəb dilində müxtəlif akademiyaların elmi işçi işləyirdi. Ərəb dili, mədəniyyəti, tarixi və müsəlmanların avropalılara tanıdılmasında böyük payı var idi.  

O, 1912-ci ildən 1915-ci ilədək Şərqi Macarıstanın krallıq akademiyasında Ərəb və Türk dillərini tədirs etmişdi.

Jurmanus 1934-cü ildə Macarıstan dövlətinin maliyyə dəstəyi ilə Misr və Ərəbistana səfər etdi. Həmin ildə İslam dini seçərək müsəlman oldu. 1935-ci ildə dəniz yolu ilə Ərəbistana və buradan da Məkkəyə Həcc səfərinə gedən ilk Macarıstanlı hacı oldu.

O, Məkkə səfərində ehram libasının altında gizlətdiyi gizli kameradan istifadə edərək Həcc mərasiminin fotolarını çəkmişdi.

Bir zamanlar Geologiya üzrə ixtisaslanmış Əbdülkərim həmin səfərdə Həcərul-Əsvəd barədə də araşdırma apar bilmişdi.

O, müqəddəs torpaqları ziyarət edib qayıtdıqdan sonra öx xatirələrini 1936-cı ildə "Allahu Əkbər" adlı kitabda Macar dilində çap və nəşr etdi.

Kitabın şöhrət tapması bais oldu ki, kitab sonralar Alman və İtaliyan dillərində də tərcümə vənəşr edilsin.   /3914196

captcha