IQNA

Kərbəla hərəmlərinin bayraqları xüsusi mərasim keçirilmədən dəyişdiriləcək

10:55 - August 11, 2020
Xəbər sayı: 3487863
Tehran (IQNA) - Kərbəlada Həzrət İmam Hüseyn (ə) və Həzrət Əbəlfəzl Abbasın (ə) hərəmlərinin üzərindəki qara bayraqlar bu il xüsusi mərasim keçirilmədən dəyişdiriləcək.

Bu il Məhərrəm ayı daxil olarkən müqəddəs İmam Hüseyn (ə) hərəmi və Həzrət Əbəlfəzl (ə) hərəmləri üzərində qırmızı bayraqların qara bayraqla əvəzlənməsi xüsusi mərasim keçirilmədən dəyişdiriləcək.

Bu barədə iki müqəddəs hərəmin baş katibliyinin bəyanatında bildirilib.
Bəyanatda qeyd edilib ki, COVİD-19 təhlükəsi ilə əlaqədar bu il bayraqlar milyonların iştirakı ilə xüsusi mərasim keçirilmədən dəyişdiriləcək.
Hər iki hərəmin üzərindəki bayraqlar Məhərrəm ayının 1-ci gününün gecəsi dəyişdiriləcək.  
Qeyd edək ki, hər il Məhərrəm ayı daxil olarkən keçirilən bu mərasimə milyonlarla zəvvar qatılırdı. /3915874 
captcha