IQNA

Şiə müctəhidləri PLAZMA barədə fətva verdilər

18:08 - August 11, 2020
Xəbər sayı: 3487868
Tehran (IQNA) -  İran İslam Respublikasının Qan Köçürülməsi Təşkilatının direktoru təqlid mərcələrinə koronavirusdan sağalmış xəstələrin plazmasından istifadə ilə bağlı sual ünvanlayıb.

İran İslam Respublikasının Qan Köçürülməsi Təşkilatının direktoru Peyman Eşqi şiə təqlid mərcələrinə ünvanladığı sualda Plazma terapiyasının əhəmiyyətini və koronavirusdan sağalmış xəstələrin plazmasından alınan xəstəliyə qarşı antikorlarların koronavirus xəstələrinin sağalmasında təsirini açıqlayaraq və "covid-19"a yoluxmuş xəstələrin yaxşılaşması və xilası üçün sağalmış xəstələrdən plazma alınmasının zərurətinə işarə edərək soruşub:

"Əgər plazmanın hədiyyə edilməsi "covid-19" virusundan sağalmış şəxs üçün təhlükəli və zərərli olmazsa, İranın rəsmi sanitariya, qan köçürülməsi və digər tibbi təşkilatlarının insanları plazma və qan verməyə dəvət etməsinin və insanların bu dəvətin qarşısında şəri hökmü nədir?

Aşağıdakı şiə təqlid mərcələri sualı belə cavablandırıblar:

Ayətullah Safi Gülpayqani: "Plazmanın verilməsi hədiyyə edən üçün zərər olmasa, bəyənilmiş işdir, hətta bəzi yerlərdə "kifayi vacib" (bir və ya bir neçə nəfərin qan verməsi kifayət edərsə, digərlərinin üzərinə məsuliyyət gəlmir) və bəzi yerlərdə də "eyni vacib" (hər bir kəs şəxsən məsuliyyət daşıyır və yerinə yetirilməlidir) ola bilər, bu hökm yerinə görə müxtəlif (savab və ya vacib) olacaqdır – (14 Zil-Hiccə 1441 hq)".

Ayətullah Nuri Həmədani: "Bu barədə iş üzrə möhtərəm və mütədəyyin (dini hökmlərə əməl edən) mütəxəssislərin rəyi meyardır".

Ayətullah Üzma Seyyid Əli Sistani: "Sualda fərz edilən halda qan və plazma hədiyyə edilməsi bəyənilmiş bir işdir və daha yaxşıdır ki, möminlər bu mövzuda lazım olan köməkləri göstərsinlər. Əgər insanların canını qorumaq bu işə bağlı olarsa, qan və plazma vermək vacibdir" (19 Zil-Hiccə 1441 hq).            

/3915768

 

captcha