IQNA

Azərbaycanın Gürcüstandakı səfiri GMİ-nin əməkdaşları ilə görüşüb

13:20 - June 15, 2021
Xəbər sayı: 3490072
Bu gün (15 İyun 2021) Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstan Müsəlmanları İdarəsinin dini rəhbərləri ilə görüş keçirmişdir.
Bu gün (15 İyun 2021) Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstan Müsəlmanları İdarəsinin dini rəhbərləri ilə görüş keçirmişdir.
Səfirliyin binasında keçirilən görüşdə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, İdarənin (BGMİ) Şərqi Gürcüstan müftisi Etibar Eminov və Qərbi Gürcüstan üzrə müfti Hacı Adəm Şantadze iştirak edib.
Baş tutan görüşdə Gürüstanda İslamın və müsəlmanların dini vəziyyəti müzkirə edilib. Gələcəkdə qonşu və qardaş ölkələr arasında dini sahədə əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb. Həmçinin iki strateji müttəfiq ölkənin hər sahələrdə olduğu kimi dini sahədə də əməkdaşlığının önəmini vurğulanıbdır. /oxuinfo
captcha