IQNA

Siqhlər və induistlər müsəlmanlar üçün məscid inşa edirlər

16:41 - June 18, 2021
Xəbər sayı: 3490092
Hindistanın Pəncab ştatındakı yaşayış məntəqələrindən birinin sakinləri ölkədə islamofobiyanın artdığı bir dövrdə dinlərarası harmoniya nümunəsi sərgiləyiblər.

Hindistanın Pəncab ştatındakı yaşayış məntəqələrindən birinin sakinləri ölkədə islamofobiyanın artdığı bir dövrdə dinlərarası harmoniya nümunəsi sərgiləyiblər.

Bhalur qəbəsində 12 min insan yaşayır. Əhalinin əksəriyyətini isə siqhlər və induistlər təşkil edir. Burada 7 qurdvara (siqh məbədi) və 2 induist məbədi var. Burada yaşayan müsəlmanların sayı isə cəmi 20 nəfərdir və qəsəbədə məscid yoxdur.

Qəsəbə başçısı Pala Sinqh bu boşluğu doldurmaq qərarına gəlib və yeni məscidin inşası tapşırığını verib.

Qeyri-müsəlman yerli sakinlər bunun üçün pul ianələri verirlər.

Yeni məscid ortaq səylərlə gələn il təhvil veriləcək.

“Ölkənin qalan hissəsi bizdən nümunə götürməlidir. Pəncab zəngin icmalararası harmoniyaya sahibdir”, – deyə Siqh bildirib və əlavə edib ki, müsəlman ailələrin də öz ibadətgahlarında ibadət etmək haqqı var. /Shafaqna

Teqlər: Pala Sinqh ، məscid ، məbəd ، induist
captcha