IQNA (Beynəlxalq Quran xəbər Agentliyi) Azərtac-a istinadla verir ki, restavrasiya işinə Fransanın Luvr Muzeyinin mütəxəssisləri Aureliya Streri və Aksel Delau cəlb olunub.
Bərpa prosesi üç mərhələdə aparılıb. Birinci mərhələ 2019-cu ilin noyabrında, ikinci 2020-ci ilin fevralında, sonuncu bu ilin may ayında olub.
VIII əsrə aid Quran kitabı uzun müddət Qaşqadərya vilayətinin Kamaşin rayonundakı Langar-ota məscidində saxlanılıb. /iqna