IQNA

Seyid Həsən Nəsrullah: Müqavimət sizə ümid gözü ilə baxır

22:44 - June 20, 2021
Xəbər sayı: 3490104
Livan İslami Cihad Hərəkatının (HİZBULLAH) baş katibi Seyid Həsən Nərsullah İran İslam Respublikasında keçirilən 13-cü prezident seçkilərinin qalibi Seyid İbrahim Rəisini təbrik edib.

Livan İslami Cihad Hərəkatının (HİZBULLAH) baş katibi Seyid Həsən Nərsullah İran İslam Respublikasında keçirilən 13-cü prezident seçkilərinin qalibi Seyid İbrahim Rəisini təbrik edib.

Bu gün (20 İyun 2021) təbrik mesajı ünvanlayan Livan İslami Cihad Hərəkatının (HİZBULLAH) baş katibi Seyid Həsən Nərsullah yeni seçilmiş prezidenti böyük qələbə münasibəti ilə təbrik edərək vurğulayıb:

"Bu böyük qələbəni və İran millətinin sizə göstərdiyi etimad və etibarı və sizin tarixin həssas bir dönəmində prezident seçilməyinizi təbrik deyirəm".

Seyyid Həsən Nəsrullah əlavə edib: "Müqavimət yolunun mücahidləri və azadlıqsevər insanlar sizə ümid gözü ilə baxır və sizi təcavüzkarlarla qarşılaşmaq üçün özlərinə qalxan və dəstək hesab edirlər."

Nəsrullah bildirib ki, Ayətullah Rəisinin qələbəsi İran xalqının və region xalqlarının problemlərlə mübarizə qüdrətinə və gələcəyə olan ümidinə can verdi.

Qeyd edək ki, dünən bir çox ölkə, o sıradan Azərbaycan Respublikası, Rusiya, Türkiyə, Suriya və İraq prezidentləri, həmçinin Qətər əmiri, Küvert əmiri, İraqın baş naziri, şəxsiyyətlər və müqavimət hərəkatları Ayətullah Rəisinin İran prezident seçkilərində qalib gəlməsini təbrik etmişdilər. /iqna

 

 

captcha