IQNA

Peyğəmbər (s) məscidinin qoca hafizi 107 yaşında fəvat etdi

23:24 - June 20, 2021
Xəbər sayı: 3490106
Mədinə şəhərində Peyğəmbər (s) məscidinin civarında yaşayan, 50 il boyunca hər gün bütün namazlarını "Məscidun-Nəbi"də qılan 107 yaşlı Quran hafizi və camaat namazı imamı vəfat edib.

Mədinə şəhərində Peyğəmbər (s) məscidinin civarında yaşayan, 50 il boyunca hər gün bütün namazlarını "Məscidun-Nəbi"də qılan 107 yaşlı Quran hafizi və camaat namazı imamı vəfat edib.

Bu barədə İslami əsərlərin və Məscidun-Nəbinin (s) tarixinin araşdırılması üzrə mütəxəssis Məhəmməd Əbu Malik məlumat verib.

Məlumata deyilir: Şeyx Mühyiddin Həfizallah adlı 107 yaşlı kişi cavan vaxtlarında Peyğəmbər (s) məscidində namaz qılıb. O Quran hafizi idi, xoş siması və mehriban qəlbi var idi.

Bu hafiz Quranla mənus idi. Saleh və abid bir insan idi. Ailə-uşağı yox idi. Tək yaşayırdı. Bütün namazlarını Peyğəmbər (s) məscidində qılırdı. Məscidə gedib-gələrkən yolda zikr deyirdi. Başını aşağı əyər və məscidin qapısına çatınca ətrafa baxmazdı.  

107 yaşlı Quran qarisi cari həftənin Cümə günü, 18 İyun 2021-ci il, vəfat edib və Bəqi qəbiristanlığında dəfn edilib. /iqna

captcha