IQNA

İslam bazarı ibadət yeri olmalıdır

13:45 - June 10, 2022
Xəbər sayı: 3492374
Bəzən dünya ilə axirət arasında uçurum yaranır ki, bu da İslama görə düzgün deyil. İslam dini dünyəvi fəaliyyətləri hətta müsəlman bazarını da ibadət yeri kimi təqdim etmişdir. Amma bununla bağlı bir məqam var ki, bu baxışı dərindən dərk etmək üçün nəzərə alınmalıdır.

İslam bazarı ibadət yeri olmalıdırİQNA, xəbər verir ki,Ayətullah Hadəvi Tehrani təfsir dərsində dünya ilə axirət arasındakı əlaqəni Quran baxımından bəyan edib. İslamda dünyanın və bazarın dəyəri ilə bağlı bəzi məqamları qeyd edib ki, bunları aşağıda oxuya bilərsiniz:

İslamın İslam bazarından təqdim etdiyi görüntü İslam bazarının ibadət yeri olmasıdır. Bunun mənası insanların bazarda səcdə edib namaz qılması deyil. Daha doğrusu, bu bazarda ticarəti şeytanın meydanına deyil, Rəhman Allaha ibadət yerinə çevirəcək qaydalar və standartlar olmalıdır. Allah Quranda buyurur: "Və namaz qurtardıqda, yer üzünə dağılışın və Allahın kərəmindən istəyin (iş və ruzi dalınca gedin) və Allahı çox zikr edin, bəlkə səadətə yetişəsiniz". (Cümə, ayə 10). Bu ayənin sonunda buyurur ki, bütün bunlar sizin xoşbəxt olmanız üçündür.

Deməli, möminin dünyəvi və ictimai fəaliyyətləri var. Amma bu hərəkətlər ona Allahı unutdurmamalıdır. İslam dünyanı tərk edib xristianlıqdakı kimi təcrid olun deməyib. Buna görə də, İslamın qeyd etdiyi səadət həm dünya, həm də axirət üçündür. Əlbəttə ki, biz bunu praktikada və cəmiyyətin içərisində həyata keçirməyə çalışmalıyıq. Yoxsa təkcə şüarda qalması ilə səmərə verməyəcək.

Mütəal Allah "Münafiqun" surəsinin 9-cu ayəsində buyurub: "Ey iman gətirənlər, mal-dövlətiniz və övladlarınız sizi Allahı zikr etməkdən yayındırmasın. Kim bunu etsə, onlar ziyana uğrayanlardır".  Yəni övladlarınız və mallarınız sizi Allahı zikr etməkdən yayındırmasın.

Allahı zikr etməyin ən mühüm nümunələrindən biri də cümə namazı və camaat namazıdır. Cümə namazında "Cümə" və "münafiqun" surələrini oxumağın müstəhəb olması yəqin ki, bu səbəbdəndir. Çünki 9-cu ayə hər iki surədə eyni məna daşıyır və Allahı zikr etməyin bariz nümunəsi cümə namazıdır.

4058864

captcha