IQNA

İranda daş oyma sənəti

Məhəmməd Cavad Şəbih, Şirazda daş üzərində oyma ustasıdır. Emalatxanada istifadə etdiyi bütün alətlər ənənəvidir. Bu sənətkarın qiymətli əsərlərinə İranın daxilində və xaricində bir çox məscid və məqbərələrdə, o cümlədən Kərbəlada İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) hərəmində, Qumda Həzrət Məsumənin (s) hərəmində və Şirazda Şahçerağda rast gəlinir.