IQNA

Şarcə Quran Kolleksiyasına 93 tarixi müşhəf daxil edilib

10:26 - June 30, 2022
Xəbər sayı: 3492480
BƏƏ-nin Şarcə şəhərinin hökmdarı Sultan İbn Məhəmməd Əl-Qasimi bu şəhərin Qurani-Kərim Kolleksiyasına 93 nadir tarixi Quran hədiyyə edib.

"İQNA", "Əl-İttihad"-ə istinadən xəbər verir ki, bu Quranlar Şarcə hökmdarının Şarcə Qurani-Kərim Kolleksiyasına hədiyyə etdiyi yeni əşyalardır. Bu kolleksiya son Monqol dövründən bu günə qədər Quran nüsxələrini ehtiva edir.

Bu Quranlar dünyanın müxtəlif bölgələrindən və ölkələrindən toplanmışdır və yaşlarının 300-600 il arasında olduğu təxmin edilir.

Bu Quranların nadir nüsxəsi Hindistanda monqol padşahlarından biri olan Sultan Şah Aləm Əzəmin hökmranlığı münasibətilə yazılmış və hicri 1016-cı ilə aid edilmiş və xəttat Məhəmməd Qasim əl-Ömər tərəfindən yazılmışdır.

4067369

 

captcha