IQNA

Allahı necə tanımaq olar?

12:56 - June 30, 2022
Xəbər sayı: 3492482
Allahın böyüklüyü və sifətləri İbrahim dinlərində elə vəsf edilmişdir ki, onları tanımaq əlçatmaz hesab olunur. Elə isə tanımadığın bir Allaha necə ibadət etmək olar?

"İQNA", xəbər verir ki, Tehran Universitetinin dosenti Məhəmmədhüseyn Müntəziri Tehranda keçirilən "Əhli-beyt (ə) rəvayətlərində Allahı ağılla tanımaq imkanı" adlı toplantıda Allahı İslam prizmasından tanımaq imkanından danışıb. Onun danışığının mətni belədir:

Allahı tanımağın mümkünlüyü haqqında bir neçə ifadə var. Digər tərəfdən, ağılın Allahı elmi olaraq tanımağa qadir olmadığına dair çoxlu ifadələr var. Onlara əsasən, nəzəriyyə verməyin öz əhəmiyyəti var. Bu, tövhid və dini məsələlərdə əsas məqamlardan biridir. Bu müzakirənin əhəmiyyəti ilə bağlı deməliyəm ki, müxtəlif intellektual meyllər arasında rasional idrakın mümkünlüyü ilə bağlı fikir ayrılığı var. Filosof və kəlam mütəxəssislərinin, əşərilərin, mötəzilələrin, ariflərin, sufilərin və s...-nin baxışları müxtəlifdir. Buna görə də Allahı ağıl vasitəsilə tanımaq vəziyyəti çox vacibdir. Bu idrakın digər idraklardan fərqi nədir?

Bir çox mərifətlərin düzgünlüyünün meyarı rasional mərifətdir

Əhli-beyt (ə) rəvayətlərində nəfsi tanıma və ya rəvayətlərin təbirincə Allahın zatını ağıl ilə tanımaq mümkün deyildir. Allah ağılla (birbaşa) tanınmır. Yəni insan öz ağlı ilə Allahı tanıya bilməz. Amma Əhli-beytə (ə) görə, "başqalarına məlum olan" (dolayı elm) ayə və nişanələrlə Allahı tanımaq olar. Yəni bir şeyi onun əsər və əlamətləri vasitəsilə tanımaq olar. Bu cür tanımağın xüsusiyyətləri var. Burada deyirlər ki, mən Allahın olduğunu bilirəm və bilirəm ki, Allah Masivəllah (Allahdan qeyri) kimi deyil. Başqa bir xüsusiyyət də odur ki, sübut etdiyim şey ağıl, nəfs və başqa varlıqlar kimi deyildir. Onlarla ortaq heç bir cəhəti yoxdur.

Bunu qəbul etsək, məlum olar ki, bir çox mərifətlərin düzgünlüyünün meyarı bu rasional mərifətdir. Mərifətullah bəhsində mövzuların təqdim edilməsi üsulu inandırmaq, dərk etmək və ağlın dərk edilməsidir. Yəni bu mənəvi rəvayətlərin və bəyanların əsasında nəzəriyyə verdikdə ağıl bu məsələləri əvvəldən axıra qədər dərk edir. Bunun üçün izah edilə və başqalarına təqdim edilə bilən mükəmməl rasional arqumentə malikdir. Əlimizdə Allahın əsərləri ilə tanınmasına dair çoxsaylı dəlillərimiz var. Başqa bir məqam ondan ibarətdir ki, biz bir qayda olan (mərifət binəfsih) özünü tanımanın təbirini də rasional qayda kimi təqdim edə bilərik. Rasional cəmiyyət tərəfindən tamamilə qəbul edilir.

Bir çox rəvayətlərdə deyilir ki, Allahın zatını tanımaq olmaz. Ona görə də, bu barədə düşünməyin, çünki bu, ateizmə gətirib çıxarır. Amma çoxları da demişdir ki, biz Allahın sifətlərini qısa da olsa anlaya bilərik. Bütün bunlar Allahın Özünü tanımaqdan ibarətdir.

Əksinə, hətta təvator həddində çoxlu rəvayətlər vardır, ağıl vasitəsilə Allahı tanımaq olar. İmam Rza (ə) buyurur: "Allah əlamətlərlə tanınır. Nişanələr göstərir ki, Uca Allahdan başqa heç bir tanrı yoxdur". İmam Sadiq (ə) buyurur: "Bəndələr öz Yaradanını ağıldan istifadə edərək tanıyırlar".

4059325

captcha