IQNA

Allahşükür Paşazadə Londana gedir

19:21 - July 04, 2022
Xəbər sayı: 3492503
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Böyük Britaniyaya səfərə yola düşür.

QMİ-nin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, səfərdə məqsəd iyulun 5-6-da Londonda keçiriləcək Din və Etiqad azadlığı üzrə nazirlər konfransında iştirak etməkdir.

Səfər Böyük Britaniyanın Cənubi və Mərkəzi Asiya, Şimali Afrika, BMT və Birlik ölkələri üzrə dövlət naziri, Uimbldon Lordu Əhməd cənablarının dəvət məktubu əsasında həyata keçirilir. Konfransın məramı dünyada Din və etiqad azadlığını müdafiə etmək üçün beynəlxalq səylərə təkan verəcək və hökumətlərin müxtəlif dini və qeyri-dini icmalar və vətəndaş cəmiyyəti ilə birlikdə işləməsi yollarını nəzərdən keçirməkdir.

QMİ sədri Şeyxülislam A.Paşazadə nüfuzlu beynəlxalq konfransın plenar iclasında məruzə ilə çıxış edəcək, müzakirələrdə iştirak edəcək.

QMİ sədri Din və Etiqad azadlığı Konfransının iştirakçısı olaraq Dauninq stritdə rəsmən qəbul ediləcək.

captcha