IQNA

Kərbəlada hərəmlərdə xidmətçi olan seyyidlər əzadarlıq mərasimi keçirib

22:28 - August 09, 2022
Xəbər sayı: 3492699
Aşura gecəsi Kərbəlada hərəmlərdə xidmətçi olan seyyidlərdən ibarət nümayəndə heyətinin əzadarlıq mərasimi keçirilib.

"İQNA", Müqəddəs Abbasi Astanının informasiya bürosuna istinadən xəbər verir ki, Kərbəlada hərəmlərdə xidmətçi olan seyyidlərdən ibarət nümayəndə heyəti əzadarlıq mərasimi keçiriblər.

Bu xüsusi mərasim Müqəddəs Abbasi hərəminin rəhbəri Seyyid Mustafa Mürtəza Ali Ziyauddin tərəfindən təşkil edilib. Hərəmlərdə xidmətçi olan seyyidlər bu xüsusi əzadarlıq mərasimində ənənəvi geyimdə iştirak ediblər.

Bu heyət əvvəlcə Abbasi hərəminin qarşısındakı küçədən hərəkət edib, sonra Həzrət Abbasın (ə) hərəminə, oradan da İmam Hüseynin (ə) hərəminə gedib.

Bu mərasimdə iştirak edən seyyidlər keçmiş nəsillərdən gələn ayinə uyğun olaraq xüsusi paltarları və yaşıl əmmamə geyinərək yas tuturlar. Seyyid olmayan xidmətçilər də başlarına sarı əmmamə bağlayırlar.

4077048

captcha