IQNA

“Namaz” Qurani-Kərimin ən mühüm kəlməsidir

18:05 - August 11, 2022
Xəbər sayı: 3492708
Namaz dinin əsaslarından biri hesab edilir. Müsəlmanlar onu dindarlıqlarının əsas sütunu hesab edir. Namazın bəndələrlə Allah arasında ünsiyyət vasitəsi olduğuna inanırlar. Ona görə də namaz müsəlman insan üçün çox əhəmiyyətlidir.

Din və dindarlığın sütunu olan namaz Quranın və İslam Peyğəmbərinin (s) ən mühüm tövsiyələrindən biri olmuşdur. Qurani-Kərimdə “namaz” kəlməsi 60 dəfə, ondan tutulmuş kəlmələr isə 98 dəfə işlənib. Bu da namazın bərqərar olmasının əhəmiyyətini göstərir.

Qurani-Kərimin birinci cüzündə namaza və onun bərpa edilməsinə 6 dəfə işarə olunmuşdur: “O kəslər ki, qeybə inanır, namaz qılır və onlara verdiyimiz ruzidən xərcləyirlər” (Bəqərə/3). Müttəqilərin sifətləri ilə bağlı buyurulur: “Namaz qılın, zəkat verin, rüku edənlərlə birlikdə rüku edin” (Bəqərə, 43). “səbir etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir" (Bəqərə, 45). Bəni-İsrailə xitab edərək, çətinliklər zamanı namazı bərqərar etməyi və namazdan kömək istəməyi vurğulayır.

"Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara ehsan (yaxşılıq, kömək) edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin! -deyə əhd-peyman aldıq. Sonra, az bir qisminiz müstəsna olmaqla, əhdinizdən döndünüz, çünki siz (İsrail övladları haqdan) üz döndərənsiniz” (Bəqərə/83). “Namaz qılın, zəkat verin! Özünüzdən ötrü (əvvəlcə) etdiyiniz xeyri (yaxşı əməllərin əvəzini) Allah yanında taparsınız. Həqiqətən, Allah nə etdiklərinizi görəndir!” (Bəqərə,110). Düşmənlərin dinsizliyi təbliğ etmək cəhdləri qarşısında namaza daha çox diqqət yetirmək və onu ədəb-ərkanla yerinə yetirmək müsəlmanlara tövsiyə edilmişdir.

Bu ayələrdə görünən diqqətəlayiq məqam, hər bir möminin əta etmək, zəkat vermək, səbir etmək, ata-anaya yaxşılıq etmək, yetim və zəiflərə qulluq etmək kimi əməlləri yerinə yetirməli olduğu vacib və müstəhəb əməllərlə birlikdə namazı yerinə yetirməkdir. Deməli, namaz həm din yoluna girmənin, həm də Allaha bəndəliyin başlanğıcı olmaqla yanaşı, digər xeyir və xoş əməllərin tamamlayıcısıdır.

3964404

captcha