IQNA

“Şeytan ayələri”nin mürtəd müəllifi Salman Rüşdiyə hücum olub

10:46 - August 13, 2022
Xəbər sayı: 3492714
“Şeytan ayələri” kitabının mürtəd müəllifi Salman Rüşdi Nyu Yorkda mərasimdə çıxış edərkən naməlum şəxsin hücumuna məruz qalıb.

"İQNA", "Guardian"-a istinadən xəbər verir ki, İslam Peyğəmbərini (s) təhqir edən “Şeytan ayələri” kitabının mürtəd müəllifi Salman Rüşdi Nyu-Yorkda çıxış etməyə hazırlaşarkən hücuma məruz qalıb.

Xəbər mənbələrinə görə, Salman Rüşdi Nyu Yorkda “Çotoqua Mərkəzi” adlı təhsil mərkəzində çıxış edirmiş.

Şahidlər bildiriblər ki, bir nəfər Salman Rüşdiyə hücum edib, onu yumruq və bıçaqla hədəf alıb. O boynundan bıçaqlanıb və helikopterlə bölgədəki xəstəxanaya aparılıb. Onun vəziyyəti hələ də bəlli deyil. Şübhəli şəxs həbs edilib.

4077615

captcha