IQNA

Ərəbistanın Əsir bölgəsində Quranın çap sənayesinin sərgisi açılıb

18:38 - August 13, 2022
Xəbər sayı: 3492717
Səudiyyə Ərəbistanının Əsir bölgəsinin Əbha şəhərində Qurani-Kərimin çap və nəşriyyat sənayesinin təqdimatı və Kral Fəhd Quran Çap Dərnəyinin fəaliyyətinə həsr olunmuş sərgi keçirilib.

"İQNA", "Səudiyyə xəbər agentliyi"-nə istinadən xəbər verir ki, İslam İşləri, Dəvət və İslami İrşad Nazirliyinin Əsir bölgə şöbəsi Əbha şəhərinin Əl-Rəşid kompleksində “Qurani-Kərim” adlı sərgi təşkil edib.

10 gün davam edəcək bu sərgi Səudiyyə Ərəbistanının Qurani-Kərimin nəşri sahəsindəki səylərini işıqlandırmaq və tanıtmaq, bu müqəddəs kitaba xidmətin üsullarını, onun çapı və paylama mexanizmini araşdırmaq məqsədi ilə keçiriləcək.

Bu sərgini ziyarət edənlər Kral Fəhd Quran Çap Assambleyasının çap prosesi və xüsusiyyətləri ilə tanış olacaqlar.

4077543

captcha