IQNA

Quran surələri / 25

Furqan surəsindəki dəniz möcüzələrindən nümunə

11:18 - August 14, 2022
Xəbər sayı: 3492720
Danimarkada gözəl mənzərəni təqdim edən iki dəniz bir-birinə bitişikdir. Biri şor, digəri şirindir. Fərqli xüsusiyyətlərə malik bu iki dəniz heç vaxt bir-birinə qarışmır və sanki aralarında bir divar var. Amma nə olursa olsun, heyrət və möcüzədən başqa bir şey ola bilməz.

Qurani-Kərimin iyirmi beşinci surəsi “Furqan” adlanır. Bu, Məkkədə nazil olan surədir. Peyğəmbərə (s) nazil olan 42-ci surədir. 77 ayədən ibarət Furqan surəsi 18 və 19-cu cüzlərdə yerləşir.

Haqqı batildən ayırmaq mənasına gələn “Furqan” Quranın adlarından sayılır. Bu surədə tövhid, qiyamət, nübüvvət və bütpərəstliklə mübarizə mövzuları vurğulanır. Son ayələrində həqiqi möminlərin xüsusiyyətləri qeyd olunur.

Furqan surəsini mövzuya görə üç hissəyə bölmək olar:

Birinci hissədə müşriklərin məntiqini tənqid edir və onların haqq kəlamı qəbul etməmələri ilə bağlı bəhanələrinə cavab verir. Onları Allahın əzabı barədə xəbərdar edir. Ardınca isə peyğəmbərlərin dəvətinə müxalif olan keçmiş ümmətlərin tarixinin bəzi hissələrinə yer verilir. Ən çətin fəlakətlərə tutulduqları, ibrət dərsi olaraq ifadə edilir.

İkinci hissədə günəşin işığından, gecənin qaranlığına, küləklərin əsməsinə, yağışın yağmasına qədər dünyanın yaradılışında tövhidin səbəbləri və Allahın əzəmətinin əlamətləri qeyd olunur. Həmçinin ölü yerlərin dirildilməsi, göylərin və yerin altı dövrdə yaradılması, günəşin və ayın yaradılmasından, onların səma bürclərində nizamlı hərəkətindən və bu kimi şeylərdən danışılır.

Yaradılış möcüzələrindən bəhs edən hallar arasında 53-cü ayəni qeyd etmək olar: "Birinin suyu çox şirin, digərininki isə olduqca şor olan iki dənizi qovuşduran, aralarında (bir-birinə qarışmamaq üçün) maneə və keçilməz sədd qoyan Odur!".

Bu ayədə yaradılış aləminin möcüzələrindən sayılan iki dənizdən bəhs edilir. “Ər-Rəhman” surəsinin 19-cu və “Nəml” surəsinin 61-ci ayələrində də bu iki dənizin adı çəkilir. Sözügedən xüsusiyyətlərə görə, bu ayənin Baltik dənizi ilə Şimal dənizi arasında Danimarkanın turistik şəhəri Skagendə görünən sərhədinə aid olduğunu söyləmək olar. Həmçinin Aralıq dənizi və Atlantik okeanı da bu xüsusiyyətə malikdir.

Furqan surəsinin üçüncü hissəsi də təəssübkeş kafirlərlə müqayisə edilən həqiqi möminlərin (İbadur-Rəhman) və Allahın pak bəndələrinin xüsusiyyətlərindən bəhs edir. Bu xüsusiyyətlər inanclar, saleh əməllər, şəhvətlə mübarizə, kifayət qədər agah olmaq, bağlılıq və ictimai məsuliyyət hissidir.

captcha