IQNA

Quran ayələrində qadın və kişinin mövqeyi

13:16 - August 14, 2022
Xəbər sayı: 3492721
Kişilər və qadınlar təbii və fitri olaraq fərqli xüsusiyyətlərə və qabiliyyətlərə malikdirlər. Hər ikisi eyni olsaydı, ailə qurmaq və birlikdə yaşamağın mənası olmazdı. Çünki birlikdə həyatı formalaşdıran məhz bu fərqlərdir.

Qadın hüquqları, kişi və qadının ortaq həyatda tutduğu mövqe İslamın xüsusi diqqət yetirdiyi bir mövzudur. Kişilər və qadınlar öz xüsusiyyətlərinə və qabiliyyətlərinə görə fərdi və ailə həyatında və son nəticədə ictimai həyatda fərqli rollar alırlar. Bu vəzifələrdən biri də İslamın kişilərə həvalə etdiyi ailə başçılığıdır.

Qurani-Kərimin bu məsələdən bəhs edən ayələri arasında “Nisa” surəsinin 34-cü ayəsi də vardır ki, burada belə deyilir: "Allah bəzilərini (kişiləri düşüncə, ruh və cismani qüvvə baxımından) digər bəzilərindən (qadınlardan) üstün etdiyi üçün kişilər qadınların ixtiyar sahibidir. Həmçinin kişilər mallarından (arvadlarına) xərclədikləri üçün öz arvadlarının ixtiyar sahibidirlər. Buna görə də ləyaqətli qadınlar itaətkardırlar və Allahın (onların hüquqlarını) qoruması müqabilində onlar da (ərləri yanlarında olmayanda onların hüquqlarını, sirlərini, mallarını) qoruyurlar. (Müştərək həyatla bağlı məsələlərdə) itaətsizliklərindən qorxduğunuz qadınlara (əvvəlcə) nəsihət edin və (sonra) yataqda onlardan uzaqlaşın və (əgər yenə xeyri olmasa, şəriət qanunu çərçivəsində) onları vurun. Beləliklə əgər sizə itaət etsələr daha (bundan sonra) onlara (əziyyət etmək üçün) bir yol axtarmayın. Həqiqətən Allah məqamı uca və böyükdür".

Allah kişi və qadınların yaradıcısı və onların xüsusiyyətlərinə, ruhlarına və qabiliyyətlərinə ən çox bələd olduğu üçün deyir ki, bu idarəçiliyi kişinin öz üzərinə götürməsi daha yaxşıdır.

Bəziləri elə bilir ki, kişilər həyatın və qadının idarəçiliyini öhdələrinə götürürlərsə, qadınlara zülm olunur və onlar alçaldılırlar. Belə olduğunu təsəvvür etsək, bunun çarəsi nədir? Həll yolu idarə və nəzarəti qadınlara verməkdirmi? Yenə bəziləri deyirlər ki, bu işdə kişilərə zülm edilmişdir. Kişi və qadın isə özlərinə xas xüsusiyyətlərə görə bir-birindən üstündürlər və bu, birinin özünü üstün göstərməsinə, digərini alçaltmasına səbəb olmur.

O buyurur ki: "Heç vaxt Allahın, vasitəsilə birinizi digərinizdən üstün etdiyi şeyi arzulamayın (kişilər və qadınlar bir-birlərinin şər’i, qanuni, cismi və ruhi üstünlüklərini, eləcə də heç bir şəxs və ya dəstə başqasının Allah tərəfindən verilmiş mal, məqam və övlad kimi üstünlüklərini arzulamasın. Çünki bu imtiyaz və üstünlüklər hikmətə və yaradılış aləminin kamilliyinə əsaslanır və ona zidd arzular cəmiyyətdə paxıllığın və fəsadın aşkar olmasına səbəb olur). Kişilərin (ixtiyari və ya qeyri-ixtiyari xüsusiyyətlərlə) qazandıqlarından (əldə etdiklərindən) payları vardır. Həmçinin qadınların qazandıqlarından payları vardır. Allahdan (bir şey istədikdə) Onun fəzlindən istəyin ki, həqiqətən Allah hər bir şeyi biləndir (hər bir kəsə onun xeyrinə olanı verir)" (Nisa, 32).

Dünyanın mükəmməl bir sistem əsasında yaradıldığına və bu sistemin irəli getməsi və dağılmaması üçün hər kəsin üzərinə düşən vəzifəni yerinə yetirməli və ondan razı qalmalı olduğuna işarə edir.

Ailənin və uşaqların tərbiyəsini idarə etmək qadının üzərinə düşür. Çünki tərbiyə işi evdən kənarda icra edilən vəzifələrdən və məsuliyyətlərdən fərqli olaraq çoxlu aramlıq və rahatlıqla baş verir. Bu halda kişi qadının işçisidir və bu rahatlığı və aramlığı qorumaq və ya qazanmaq üçün onun xidmətindədir. Qadınlara və ailəyə bu xidməti isə bütün bu xüsusiyyətlərə və imkanlara malik olan kişi edə bilər.

3965429

captcha