IQNA

Google şirkəti müsəlmanları himayə etdi

0:33 - December 15, 2015
Xəbər sayı: 3463216
Beynəlxalq şöbə: Donald Trampın (Amerika respublikaçılarının prezidentliyə namizədi) islamofob və müsəlmanların Amerikaya girişini qadağan etməsi barədə çıxışlarından sonra Sandar Piçay – Google şirkətinin icraçı müdiri, bir məktub vasitəsilə müsəlmanları dəstəklədiyini bildirdi.


IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Tech2" xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Donald Trampın (Amerika respublikaçılarının 2016-cı ildə ABŞ prezidentliyə namizədi) islamofob və müsəlmanların Amerikaya girişini qadağan etməsi barəsində çıxışlarından sonra Sandar Piçay – Google şirkətinin icraçı müdiri, bir məktub vasitəsilə müsəlmanları dəstəklədiyini bildirdi.



Sandar Piçayın – Google şirkətinin icraçı müdiri, bu addımı FACEBOOK sosial şəbəkəsinin icraçı müdiri " Mark Zuckerberg"indən sonra baş verdi. Donald Trampın (Amerika respublikaçılarının ABŞ prezidentliyə namizədi) islamofob və müsəlmanların Amerikaya girişini qadağan etməsi barəsində çıxışlarına reaksiya olaraq "facebook" sosial şəbəkəsinin icraçı müdiri " Mark Zuckerberg" dedi: ABŞ – da və bütün dünyada bütün müsəlmanlar və bütün dini azlıqlar himayə olunmalıdır.  



Hindistanda anadan olmuş Sandar Piçay – Google şirkətinin icraçı müdiri, öz dəstəkçi məktubunda yazdı: Biz icazə verməməliyik ki, qorxu bizim insani dəyərlərimizi məğlub etsin. Biz gərək ABŞ – da və bütün dünyada bütün müsəlmanları və bütün dini azlıqları himayə edək.



Sandar Piçay – Google şirkətinin icraçı müdiri, əlavə etdi: Mən 22 il öncə Hindistandan Amerikaya hicrət etmişəm. Və universitetdə oxumaq imkanını əldə etmişəm, öz həyatımı qurmuşam. Amma bu günlərdə təəssüf olsun ki, bəzi çıxışlarda Amerikaya girişin, xüsusilə də müsəlmanların girişinin qadağan olunması barədə danışılır.



Google şirkətinin icraçı müdiri dedi: Təəssüf edirəm ki, bu gün "əgər mühacirlər, müxtəlif əqidələr və müxtəlif irqlər olmasaydı Amerika daha yaxşı olardı" kimi fikirlər səsləndirilir.



3462913

captcha