Tehran, 16. 09. 2016 – Ali-Xəlifə rejiminin muzdurları İmam Sadiq (ə) Came məscidinin Cümə və camaat imamını məscidə girməyə qoymadılar və şiələrinin ən böyük Cümə namazı yenə də ləğv edildi.
İQNA-nın (Beynəlxalq Quran Xəbər
Agentliyi) "mir`atul bəhreyn" xəbər agentliyinin informasiya
portalına istinadla verdiyi xəbərə görə, Ali-Xəlifə rejiminin muzdurları Mənamənin
"əd-Diraz" regionunda yerləşən İmam Sadiq (ə) Came məscidinin Cümə və
camaat imamını bununla neçənci həftədir ki, ardıcıl olaraq məscidə girməyə
qoymadılar və şiələrinin ən böyük Cümə namazı yenə də ləğv edildi.
Bəhreynli şiələrin mənəvi
rəhbəri Ayətullah Şeyx İsa Qasimin yaşadığı bölgədə yerləşən İmam Sadiq (ə)
Came məscidinin şiələri bu həftənin Cümə namazını da fərdi şəkildə qıldılar.
Mənamənin "əd-Diraz"
regionu təxminən üç ay öncədən və despotçi Ali-Xəlifə rejimi tərəfindən Ayətullah
İsa Qasimin vətəndaşlığının ləğvindən sonra həmişə bəhreynli vətəndaşların
etiraz aksiyalarının şahididir və bu regionun bütün girişləri Ali-Xəlifə
muzdurları tərəfindən tam nəzarətə götürülüb.