Beynəlxalq Quran
Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, Ali Xəlifə rejimi
qüvvələri bazar günü Məhərrəm ayının başlanğıncında əzadarlıq münasibəti ilə
hazırlanan plakatlar, bayraqlar və qara parçaları küçələrdən toplayıblar.
Ali Xəlifə rejim qüvvələri "Əl-Şaxurə” və "Əbu Səbie” qəsəbələrində əzadarlıq bayraqlarını aşağı endirməyə çalışarkən gənclər və Ali Xəlifə rejim qüüvələri arasında qarşıdurma baş verib.
Ali Xəlifə rejim qüvvələri Əhli-Beyt (ə) tərəfdarlarına qarşı gözyaşardıcı qaz və səs bombalarından istifadə edib. Bəhreynli gənclərdən yaralananlar olub.
Ali Xəlifə rejim qüvvələri hər il Məhərrəm ayında Əhli-Beyt (ə) tərəfdarlarına qarşı təzyiqləri artırır və əzadarlıq simvollarını küçələrdən yığışdırır.