IQNA

Paris məscidi Fransanın Dini İşlər Şurasından ayrıldı

0:16 - January 06, 2018
Xəbər sayı: 3482601
Fransanın paytaxtı Paris şəhərinin böyük məscidi bu məscidinin müdirinin Eliza sarayında keçirilən yeni il təbriki mərasiminə dəvət edilməməsinə etiraz olaraq ölkənin Dini İşlər Şurasından ayrıldı.

Paris məscidi Fransanın Dini İşlər Şurasından ayrıldıİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, Fransanın paytaxtı Paris şəhərinin böyük məscidi bu ölkənin Dini İşlər Şurasından ayrıldı. Səbəb isə bu məscidinin müdirinin Eliza sarayında keçirilən yeni il təbriki mərasiminə dəvət edilməməsi olub.

Hər il yeni miladi ilin başlanması münasibəti ilə Fransa prezidentinin rəsmi qərargahı olan Eliza sarayında müxtəlif dinlərin nümayəndələrinin və dövlət rəsmilərinin iştirakı ilə mərasim keçirilir.

Bu il keçirilən mərasimə keçən 25 ildə ilk dəfə olaraq Parisin böyük məscidinin müdiri Fransa prezidentinin iştirakı ilə keçirilən bu mərasimə dəvət olunmadı.

Parisin böyük məscidinin idarə heyəti bəyaniyyə yayaraq məscid heyətinin müdiri Dəlil Bubəkrin bu mərasimə dəvət edilməməsindən təəccübləndiklərini bildirib və elan edib: Məscidin idarə heyəti bu ədəbsizliyə etiraz olaraq Fransanın Dini İşlər Şurasının bütün komitələrindən ayrılır və bundan sonra heç Fransa dövlətinin heç bir mərasimində iştirak etməyəcək.

http://iqna.ir/fa/news/3679217

Teqlər: iqna ، fransa ، paris ، məscid ، milad bayramı
captcha