IQNA

Bəhreyndəki edam hökümlərinə qarşı beynəlxalq etirazlar çoxalır

0:52 - February 04, 2018
Xəbər sayı: 3482727
Dünya İnsan Hüquqları Federasiyasından sonra qərargahı Vaşinqtonda yerləşən “Beynəlxalq Demokratiya Hərəkatı” da bəyaniyyə yayaraq Bəhreyndə ictimai fəalların edam hökmlərinə etiraz etdi.

Bəhreyndəki edam hökümlərinə qarşı beynəlxalq etirazlar çoxalırİQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “lölö”  tv kanalının informasiya portalına istinadla verdiyi xəbərə görə, Bəhreyn məhkəmələrinin analoqsuz bir addım ilə bu ölkənin ictimai fəalları barədə edam hökmlərinin çıxarılmasına beynəlxalq etirazlar davam edir.   

Dünya İnsan Hüquqları Federasiyasından sonra qərargahı Vaşinqtonda yerləşən “Beynəlxalq Demokratiya Hərəkatı” da bəyaniyyə yayaraq Bəhreyndə ictimai fəalların edam hökmlərinə etiraz etdi.

“Beynəlxalq Demokratiya Hərəkatı” da bu zalimanə addımı məhkum edən bəyaniyyə yayaraq vurğuladı: Bəhreyn məhkəməsi 58 nəfər siyasi aktivist barəsində zalimcəsinə hökm çıxarmış, onların 19 nəfərini əbədi həbsə, 37 nəfərini 5 idlən 15 ildədək həbsə və iki nəfərini də edama məhkum etmişdir. Digər 19 bəhreynli məhbus isə edam hökmlərinin intizarındadırlar. Həmçinin 47 nəfər siyasi və ictimai fəalın da vətəndaşlığı ləğv edilmişdir.

Bəyaniyyədə deyilir ki, Bəhreyndə məhkumların hazırkı vəziyyəti barədə verilən hesabat, bu dövlətdə 1923-cü ildə məhkəmə təsis edildiyi zamandan bəri rekord göstəricidir.

Qərargahı Vaşinqtonda yerləşən “Beynəlxalq Demokratiya Hərəkatı” Ali- Xəlifə rejiminin bu zalimanə addımından narahat olduğunu elan edərək Bəhreyn İnsan Haqları Təşkilatına bildirib ki, bəhreynli vətəndaşların hüquqlarının qorunması məsələlərini gündəmdə saxlmaq üçün həmkarlıq edəcəkdir.

http://iqna.ir/fa/news/3687734

captcha