IQNA

Los-Anceles məscidi Həzrət Fatimənin (s) miladına hazırlanır

22:30 - March 04, 2018
Xəbər sayı: 3482856
Amerikanın Los-Anceles məscidinin müsəlmanları “əz-Zəhra (s)” məscidində Həzrət Zərhanın (s) mübarək viladət günü üçün hazırlıq işləri görərək məscidi bəzədilər.

Los-Anceles məscidi Həzrət Fatimənin (s) miladına hazırlanırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) sosial şəbəkələrə istinadla verdiyi xəbərə görə, Amerikanın Los-Anceles məscidinin müsəlmanları “əz-Zəhra (s)” məscidində Həzrət Zərhanın (s) mübarək viladət günü üçün hazırlıq işləri görərək məscidi bəzədilər.

Əziz peyğəmbərimizin (s) sevimli qızı, hər iki dünyan qadınlarının xanımı Həzrət Fatiməyi-Zəhranın (s) mübarək milad və viladət bayramı cari həftənin Cümə axşamı günü, 8 Mart 2018-ci il, Amerikanın Los-Anceles şəhərinin “əz-Zəhra” (Masjid al-Zahra) məscidində keçiriləcəkdir.

Həzrət Fatiməyi-Zəhranın (s) mübarək milad mərasimi Kümeyl duasının oxunuşu ilə başlayacaqdır.

“əz-Zəhra” (Masjid al-Zahra) məscidi amerikalı şiələrin məşhur məscidlərindən biridir və 1990-cı ildə Kaliforniya əyalətinin Los-Anceles şəhərində tikilmişdir.

Bu məscid tikildiyi tarixdən indiyədək Los-Ancelesdə yaşayan şiələrin toplaşma, sığınacaq və problemlərinin həlli yeri olmuşdur.  

http://iqna.ir/fa/news/3696774

 

 

Teqlər: iqna ، los-anceles ، şiə ، fatimə ، zəhra ، mövlud ، milad ، ad günü ، viladət
captcha