IQNA

Suriyada Quran müəllimlərinin milli təkmilləşdirmə kursu – Foto

12:06 - March 03, 2019
Xəbər sayı: 3484787
İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının Darul-Quran idarəsi Həzrət Zeynəbin (ə) müqəddəs hərəminin idarə heyətinin həmkarlığı ilə Dəməşqdə Quran müəllimlərinin milli təkmilləşdirmə kurslarını təşkil edib.

Suriyada Quran müəllimlərinin milli təkmilləşdirmə kursu – FotoİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının Darul-Quran idarəsi Həzrət Zeynəbin (ə) müqəddəs hərəminin idarə heyətinin həmkarlığı ilə Dəməşqdə Quran müəllimlərinin milli təkmilləşdirmə kurslarını təşkil edib.

İmam Hüseynin (ə) müqəddəs ziyarətgahının Darul-Quran idarəsinin müdiri Həsən Mənsuri bu barədə deyib: Bu kurslar Həzrət Zəhranın (s) münarək mövlud günləri astanasında başlayıb.

O əlavə edib: Bu iş Dəməşqin "Seyyidə Zeynəb" rayonunda İmam Hüseyn (ə) hərəminin Darul-Quran idarəsinin Suriya şöbəsini təsis etmək üçün başlanqıcdır.

Mənsuri bu kurslarda Suriyanın müxtəlif şəhərlərindən olan 40 Quran təlimçisinin iştirak etdiyini və onların 100 nəfər arasından seçildiyini önə çəkərək vurğulayıb: Quran müəllimlərinin təkmilləşdirmə kurslarının keçirilməsinin əsas hədəfi onların Quran elmlərini müxtəlif səviyyələrdə müxtəlif yaş qrupları üçün tədris səviyyəsini yüksəltməkdir.

Qeyd edək ki, İmam Hüseynin (ə) hərəminin Darul-Quran idarəsinin Suriyadakı fəaliyyətləri keçən ilin mübarək Ramazan ayından başlayıb.  

http://iqna.ir/fa/news/3794442

برگزاری دوره توانمندسازی مربیان قرآن در سوریه

برگزاری دوره توانمندسازی مربیان قرآن در سوریه

برگزاری دوره توانمندسازی مربیان قرآن در سوریه

برگزاری دوره توانمندسازی مربیان قرآن در سوریه

برگزاری دوره توانمندسازی مربیان قرآن در سوریه

captcha