IQNA

Bosniyada əlyazma Quran nüsxələri sərgisi keçirilib

11:57 - May 01, 2019
Xəbər sayı: 3485066
Bosniya və Hersoqovinanın Mustar şəhərinin Qaragöz Bəy məktəb və mədrəsəsində Qurani-Kərimin qədim və tarixi əlyazma və həmçinin bir neçə nadir və nəfis çap nüsxələrinin ümumi sərigisi keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "dailysabah" informasiya portalına istinadla verdiyi xəbərə görə, dünən, həftənin birinci günü, 30 Aprel 2019-cu il, Bosniya və Hersoqovinanın Mustar şəhərində Qurani-Kərimin qədim və tarixi əlyazma və həmçinin bir neçə nadir və nəfis çap nüsxələrinin ümumi sərigisi keçirilib.

Mustar şəhərində keçirilən bu sərgi Türkiyə cümhuriyyətinin "Yunis Əmrə Fondu"nun təşəbbüsü ilə təşkil edilib.

Sərgidə Bosniyalı kolleksiyoner Nüsrət Umrikanın 10 il ərzində topladığı nəfis nüsxələr nümayiş olunub.

Kolleksiyonerin dediyinə göər, sərgidə nümayiş edilən 300 yaşlı altı əlyazma Quran nüsxəsi ilk dəfədir ki, sərgiyə çıxarılır. Həmçinin bir neçə qızıl üzlə cildlənmiş Quran nüsəxisi də sərgidə nümayiş edilib.

Bosniyalı kolleksiyoner Nüsrət Umrika açılış mərasimində çıxış edərək deyib: Evimdə, şəxsi kitabxanamda 3000 cild kitabım var. Bunlardan 200 cildi müxtəlif Quran nüsxələridir. Quranı sevmək mənə babamdan miras qalıb.

Sərginin keçirildiyi Qaragöz Bəy məktəbinin müdir müavini Sulyo Cikotic sərginin açılış mərasimində deyib: Quranın müsəlmanların qəlbində ülvi məqamı var. Quranın qorumaq bizim kökümüzü qorumaq deməkdir.  

Qeyd edək ki, Bosniya və Hersoqovinanın 3.5 milyonluq cəmiyyətinin 45 faizini (1 milyon 700 min nəfər) müsəlmanlar təşkil edir.

http://iqna.ir/fa/news/3807868

Teqlər: bosniya ، sərgi ، quran nüsxəsi
captcha