IQNA

Bosniyanın tarixi məscidi yenidən istifadəyə verildi

23:28 - May 04, 2019
Xəbər sayı: 3485086
Bosniyanın "əl-Ədza" məscidi Osmanlı dövründə, 1550-1551-ci illərdə tikilmişdir. Özünəməxsus və klassik Osmanlı memarlıq üslubuna görə, "şəkilli məscid" adı ilə məşhur olub.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bosniya və Hersoqoviniyanın cənubunda yerləşən Fuka şəhərinin tarixi "əl-Ədza" məscidi yenidən istifadəyə verildi.

Bu məscid Osmanlılar dövründə tikilmişdi. Bosniya memarlığının şah əsəri olan bu məscid 1992-ci ildə daxili müharibə zamanı Serblər tərəfindən dağıdılmışdı. UNESCO-nun dünya irsi sayıhısında olan məscid bu gün, 4 May 2019-cu il, yüzlərlə müsəlmanın iştirakə ilə yenidən istifadəyə verilib.  

Müharibə zamanı məscidə imamlıq edən Hüseyn Əfəndi Kurbu deyib: Keçən 27 il ərzində ümidvar idim ki, "əl-Ədza" məscidi yenidən istifadəyə veriləcək. İndi də bu məscidin açılmasına görə çox şadam.

O əlavə edib: Təqribən 19 il ərzində hər gün məscidə gəldim. Mən 1973-cü ildən bu məscidin camaat imamı idim. Məscidin partladıldığı gün həyatımın ən acılı günü oldu.  

Qeyd edək ki, "əl-Ədza" məscidi Osmanlı dövründə, 1550-1551-ci ildə tikilmişdir. Özünəməxsus və klassik Osmanlı memarlıq üslubuna görə, "şəkilli məscid" adı ilə məşhur olub.  

http://iqna.ir/fa/news/3808689

Teqlər: bosniya ، osmanlı ، məscid ، iqna
captcha