IQNA

Bosniyadan 1680 nəfər Həccə gedəcək

21:23 - August 02, 2019
Xəbər sayı: 3485631
Bosniya və Herseqovinanın Həcc zəvvarlarının rəhbəri Nəzim Əfəndi Xəliloviç Müdərris bu il ölkəsindən 1680 nəfərin Həcc ziyarətinə gedəcəyi barədə məlumat verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bosniya və Herseqovinanın Həcc zəvvarlarının rəhbəri Nəzim Əfəndi Xəliloviç Müdərris bu il ölkəsindən 1680 nəfərin Həcc ziyarətinə gedəcəyi barədə məlumat verib.

Bosniya və Herseqovinanın Həcc zəvvarlarının rəhbəri Nəzim Əfəndi Xəliloviç Müdərris deyib: Bu il Bosniyadan 1680 nəfər Həcc ziyarətinə müşərrəf olacaqlar. Hacılarımızın İyul ayının 28-dən Həcc səfəri başlayıb. Son qrup Avqust ayının 1-də Ərəbistana yola salınıb.

Hacıların Ərəbistandan qayıdış zamanına işarə edən Xəliloviç əlavə edib: Hacılarımız Avqust ayının 17-dən 20-dək Həcc ayinlərini yerinə yetirib vətənə geri dönəcəklər.  

Qeyd edək ki, Bosniyalı Həcc zəvvarları 38-40 nəfərlik qruplarla Ərəbistanda yola düşüblər. Hər qrupa da bir nəfər din alimi və Həcc bələdçisi rəhbərlik edir.

Bosniyalı hacıları Həcc səfərində mütəxəssis həkimlərdən və altı tibb bacısından ibarət tibbi qrup müşayət edir.

http://iqna.ir/fa/news/3831688

captcha