IQNA

Parisdə məscidə silahlı hücum edildi

10:14 - March 09, 2020
Xəbər sayı: 3486871
Tehran (IQNA) - Bazar günü axşam Fransanın paytaxtı Parisin şimal-şərqində yerləşən bir məscid naməlum şəxs tərəfindən atəşə tutulub. Bu silahlı hücum nəticəsində bir nəfər yaralanıb.
"əl-Aləm" informasiya portalının verdiyi xəbərə görə, Bazar günü axşam (8 Mart 2020) Fransanın paytaxtı Parisin şimal-şərqində yerləşən bir məscid naməlum şəxs tərəfindən atəşə tutulub. Bu silahlı hücum nəticəsində bir nəfər yaralanıb.
Hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirilib ki, dəbilqədə olan naməlum kişi yerli vaxtla saat 20:00-da məscidin həyətinə girib və atəş açıb. Həmin vaxt həyətdə olan bir kişi ağır yaralanıb. Hadisəni törədənin şəxsiyyəti barədə məlumat verilməyib. 
Naməlum şəxs dərhal motorollerlə hadisə yerindən uzaqlaşıb. Hazırda onun harada olduğu bilinmir.
Teqlər: fransa ، paris ، məscid
captcha