IQNA

Sionist rejimi yenə də 75 min fələstinlinin didərgin düşməsinə səbəb oldu

11:38 - May 21, 2021
Xəbər sayı: 3489867
İşğalçı, təcavüzkar, terrorçu və sionist rejimi İsrailin son 11 gündə Qəzza zolağına ağır artilleriya və hava hücumu nəticəsində yenə də 75 fələstinli öz doğma yurd-yuvası və ev-eşiyindən didərgin düşüb.  

İşğalçı, təcavüzkar, terrorçu və sionist rejimi İsrailin son 11 gündə Qəzza zolağına ağır artilleriya və hava hücumu nəticəsində yenə də 75 fələstinli öz doğma yurd-yuvası və ev-eşiyindən didərgin düşüb.  

Bu barədə BMT-nin humanitar məsələlər üzrə koordinatoru Ceyms Lark "Anadolu" informasiy agentliyi ilə müsahibəsində məlumat verib.

Onun dediyinə görə, didərgin düşmüş fələstinlilərin 47 min nəfəri BMT-nin Fələstin Qaçqınları Agentliyinin yaratdığı 58 məktəbdə yerləşdirilib. 28 min 700 nəfər isə digər fələstinli ailələrin qonağıdırlar.

Fələstinlilər ilə sionistlər arasında gedən döyüşlərin doqquzuncu günü məlumat verən Lark bildirib ki, vəziyyət pis və nigaranedicidir. Humanitar yardımların Şərqi Qüdsə çatdırılması üçün döyüşün dayandırılması lazımdır.

BMT-nin humanitar məsələlər üzrə koordinatoru Ceyms Lark əlavə edib: May ayının 19-dək 219 fələstinli həyatını itirib ki, onlardan 63 nəfəri uşaqdır. Yaralıların sayı 1570 nəfərə çatıb. / iqna

 

Teqlər: fələstin ، qaçqın ، qüds ، uşaq ، şəhid ، bmt
captcha