IQNA

İran xalqı sözün həqiqi mənasında bu seçkilərdə dastan yazdı

9:27 - June 29, 2021
Xəbər sayı: 3490164
"İran xalqı sözün həqiqi mənasında bu seçkilərdə dastan yazdılar." - bu sözəri Ali Rəhbər Həzrət Ayətullah Üzma Xamenei ötən gün İİR-nın məhkəmə sisteminin sədri və işçiləri ilə görüşündə deyib.

"İran xalqı sözün həqiqi mənasında bu seçkilərdə dastan yazdılar." - bu sözəri Ali Rəhbər Həzrət Ayətullah Üzma Xamenei ötən gün İİR-nın məhkəmə sisteminin sədri və işçiləri ilə görüşündə deyib.
O əlavə edib: “Bu seçkilərin əzəmətini inkar etmək üçün sosisal şəbəkələrdə danışırlar, məktub yazırlar, çalışırlar lakin faydası yoxdur. 
Bu seçkiləri izləyən təhlilçilər anlayırlar ki, nə baş verib. Dünyanın harasında görünüb ki, bütün fəal, müxalif və təsiredici təbliğat vasitələrindən xalqın  seçkilərdə iştirak etməməsi üçün istifadə olunsun.   
Amerika radiyosu,  Britaniya radiosu,  qara üzlü bəzi ölkələrin radioları, ABŞ və Britaniya bayrağı altında yaşayan xain iranlı ünsürlər çox öncədən  sosial şəbəkələrdə, peyk televiziyalarında, radiolarda  özü də bir – iki deyil bəlkə yüzlərlə minlərlə radio və televiziyada xalqı seçkilərdən uzaqlaşdırmağa çalışdılar. Lakin bu çalışmalar faydasızdır.”
 
Ayətulalh Xamenei Ayətullah şəhid Behiştinin İslam İnqilabından sonra Məhkəmə sisteminin və islami ədalətin qurulmasında olan əvəzsiz rolundan da danışıb.
O deyib: “Şəhid Behişti mütəfəkkir və nəzəriyyəçi alim idi. Mərhum şəhid Behişti  həqiqətən görkəmli bir şəxsiyyət idi, inqilabçı idi, çalışqan idi, İnqilabın və İmam Xomeynin   prinsiplərinə sadiq idi. Eyni zamanda təqvalı və dindar biri idi.”
Ayətulalh Xamenei çıxışının davamında İranın yeni seçilmiş prezidenti Ayətullah Rəisinin son iki ildə Məhkəmə Sistemində gördüyü işlərdən danışıb. 
“Cənab Rəisinin Məhkəmə sistemində son iki ildə gecə-gündüz çalışması bir cihadçı hərəkət idi. Bu müddətdə xalqın Məhkəmə sisteminə ümidi yenidən bərpa oldu.  Xalqın güvəni  İslam Respublikası üçün böyük ictimai sərmayədir.” /iqna
 
 
 
captcha